Azərbaycanda "İblisin etirafı" adlı qısametrajlı film çəkilib. AZXEBER.COM-un məlumatına görə, filmin rejissoru Ramil Ağasıyev, baş rol ifaçısı Qorqud Cəfərdir. Filmin ssenarisini isə rejissor Ramil Ağasıyevlə birgə Sənan Əlləz yazıb. AZXEBER.COM "İblisin etirafı"nın ssenarisi və filmini təqdim edirik."Ömrümün son dəqiqələrini yaşayıram. Son dəqiqələrini. Axmaq adam ömrünü nəyə sərf etdin qızlara, içkiyə, bir də qaranlıq içində çığıran fahişələrə hə, amma yox fahişələrlə işin olmasın, az da olsa ömrümə xoşbəxtlik gətirdilər. Xoşbəxtlik aaa xoşbətlik. Kim bilir o xoşbəxtlik hardadı bəlkə? Yox axmaq o yoxdu, insanların uydurmasıdır.
O, Allah, Boq, Butta, Şiva və saur və ilaxır. Yox o yoxdu. Bircə həqiqət var o da şərab şüşəsinin dibindədi. İnsanlar həyatını inanclar üzərində qururlar. Axmaq sən hələ də başa düşmürsən ki, bizim hiss etdiyimiz xoşbəxtlik kiminsə bədbəxtliyi üzərində qurulub? Hələ də bunu düşünməmisən? Onda bu dəqiqədən etibarən düşün axmaq. Düşün və bu dünyanın insanı olaraq Adəm və Həvvadan üzr istə. Cənnətdən qovulan insanların bədbəxtliyi üzərində xoşbəxtlik xülyaları qurursan. Kim bilir bəlkə tanrıda hər yaratdığı rəsm tablosundan sonra əlindəki fırçanı sonuncu şərab şüşəsinə tullayır. Axı bunu kim bilir? Heç kim. Bircə o bilir. O?
Körpə uşaq ana bətnində döyülərək öldürüləndə, ata öz balaca övladını uşaq evinin qarşısına gətirib qoyanda, iki yetim bir-birinə baxanda bunu axı o bilir, ooooooo. O, rəsmləri belə çəkir biz isə bu rəsmləri yaşayırıq. Yaxşı bəs hardadı həqiqət, ədalət? Niyə kiminsə uşağı uşağı acından öləndə, ağrılardan doğrananda, o biri uşaq isə öz ata qucağında yaxşı həyat sürür. Hə, onda deməli ədalət yoxdur. Xoşbəxtlik kimi. Özündən hamını qovan cənnət və özünə hamını qəbul edən cəhənnəm kimi. Hər şey bir uydurmadır. Bizim kimi, mənim kimi, onun kimi, onun kimi, onun kimi..."