İbrahim Kalın: "Ərdoğanla Bayden Qarabağı müzakirə edəcək "

İbrahim Kalın: "Ərdoğanla Bayden Qarabağı müzakirə edəcək "
SİYASƏT
09:42 12.10.2021
393
"ABŞ-la Türkiyənin geniş əlaqələri var".
 
AZXEBER.COM Azvision.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın "Milliyet” qəzetinə müsahibəsində bildirib.
 
O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Cozef Baydenlə "G-20” liderlərinin oktyabrın 30-31-də Romada keçiriləcək Zirvə toplantısı çərçivəsində baş tutacaq görüşündə hansı məsələlərin müzakirə olunacağını da açıqlayıb:

"ABŞ-la siyasi, iqtisadi, energetika, təhlükəsizlik, terrora qarşı mübarizə, ticarət, müdafiə sənayesi, Əfqanıstan, Suriya, İraq, Qarabağ, Qafqaz, Liviya, Şəqri Aralıq dənizi və başqa bölgələr, qlobal məsələlərlə bağlı əlaqələrimiz var. Liderlər gündəliyin əsas məsələləri olaraq bunları müzakirə edəcəklər”.
OXŞAR XƏBƏRLƏR