"Hər zaman gözəl olmaq olar? Bir dəfə də çirkin ol da"
Türkiyə şou biznesinin “İmperatoru” sayılan İbrahim Tatlısəs qız atası olacaq. 2 il əvvəl aldığı ölümcül güllə yarasından sonra həyata qayıdan Tatlısəs səbirsizliklə qızını görmək arzusundadır. Ötən gün isə Ayşəgül həkim müayinəsindən çıxarkən jurnalistlərlə qarşılaşıb. Ana olmağa hazırlaşan Yaldız həyəcanlı olduğunu və 55 kilodan 60 kiloya qədər kökəldiyini bildirib.Amma İbrahim Tatlısəslə xəbər bununla bitmir. Belə ki, “İmperator” həmkarı Hülya Avşara sosial şəbəkədə maraqlı fikirlə müraciət edib: “Nə zaman səni izləyirəm, gözəlsən. Hər zaman gözəl olmaq olar? Bir dəfə də çirkin ol da. Bu qədər acıq vermək olar?”.