İbrahim Tatlısəs yenidən xəstəxanaya yerləşdiriləcək
ŞOU-BİZNES
18:37 04.11.2011
1227
Məşhur türk müğənnisi İbrahim Tatlısəs müalicə olunmaq üçün yenidən xəstəxanaya yerləşdiriləcək. ANS PRESS "Habertürk" saytına istinadən xəbər verir ki, aprel ayında məruz qaldığı silahlı hücumdan sonra müğənninin bir hissəsi iflic olub. İfaçı uzun müddət Almaniyada müalicə olunduqdan sonra Türkiyədə müalicəsini davam etdirmişdi.Məşhur sənətçi indi yeni ünvanda Gülhanə Hərbi Tibb Akademiyasında həkimlərin nəzarəti altında olacaq. Sənətçi artıq xəstəxanada qalacağı otağı da seçib.