B6 NATO sinifinə aid olan avtomaşın 9 mm-dək gülləri keçirmir
Bir il əvvəl başından güllənərək ağır yaralanan və uzunmüddətli müalicədən sonra yenidən sağlamlığına qovuşan məşhur türkiyəli müğənni İbrahim Tatlısəs bundan sonra zirehli avtomobildə gəzəcək. ANS PRESS-in "Hürriyət" qəzetinə istinadla verdiyi məlumata görə, İbrahim Tatlısəsin 2005-ci il istehsalı olan zirehli avtomobil dünya liderlərinin istifadə etdikləri B6 NATO sinifinə aiddir. Maşın 9 mm-lik güllələri keçirmir. Sifarişlə istehsal edilən və Türkiyədə sadəcə 8 ədəd olan avtomobildə televizor və soyuducu mövcuddur. İbrahim Tatlısəsin avtomobilindən bir vaxtlar Türkiyənin prezidenti olmuş Süleyman Dəmirəl də istifadə edib.