İbrahim Tatlısesin 26 yaşlı sevgilisi haqda şok faktlar: Ailəsi razı deyilmiş

MAQAZİN
20:16 30.06.2020
2815
26 yaşlı gənc qızla sevgili olan İbrahim Tatlısesin münasibəti haqda yeni detaylar ortaya çıxıb.
 
AZXEBER.COM HaberGlobal-a istinadən xəbər verir ki, 68 yaşlı müğənninin özündən 42 yaş kiçik qızla sevgi münasibəti yaşaması maqazin gündəmini zəbt edib.
Əldə edilən məlumata görə, Gülçin Karakaya daha öncə Tatlısesin saç ustası olub. 

Digər tərəfdən isə Tatlısesin bütün uşaqları və Gülçinin ailəsi bu münasibətə qarşı çıxıb.

Öncəki gün İbrahim Tatlıses İnstagram hesabında Gülçinlə  fotosunu paylaşaraq sevgisini elan edib.

Hər kəsin marağına səbəb olan bu münasibətin evliliyə gedib getməyəcəyi gözlənilir.
 
Mələk Cabbar

OXŞAR XƏBƏRLƏR