Türk musiqisinin "İmperatoru" ünvanına sahib məşhur müğənni İbrahim Tatlısesin özü kimi müğənni qardaşı Hüseyn Tatlı həbs edilib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tatlısəsin qardaşı Hüseyn Tatlı taksi sürücüsü ilə mübahisə zamanı 5-6 nəfər şəxs tərəfindən döyülüb.
Mübahisənin gediş haqqı üstündə baş verdiyi bildirilir.
Məlumata görə, taksi sürücüsü ilə pul üstündə mübahisə edən Hüseyn Tatlı sürücüyə hücum edib və onu ağır yaralayıb.
Taksi sürücüsünün vəziyyəti ağır olduğu üçün Hüseyn Tatlı həbs edilərək həbsxanaya göndərilib.
Aysel