'İbrahimbəyov anlamır ki, turneyə siyasətçilər deyil, müğənnilər çıxır' - Elşən Musayev

Siyasət
16:30 15.06.2013
1991

“Radikal müxalifət nümayəndələri arasında verdiyi sözün sahibi olacaq, o sözü tutacaq adam demə heç yoxmuş.

Həmişə hansısa formada mövzudan yayınmağı bacarırlar, həmişə bəhanələri üzərlərindədir.

Eyni zamanda anlamırlar ki, cəsarəti, kəsəri, dilçəyi olmayan siyasətçinin sanbalından, xarizmasından, qəhrəmanlığından da əsla və əsla söhbət gedə bilməz”AZXEBER.COM xəbər verir ki, bu fikirləri politoloq Elşən Musayev “Milli Şura”nın sədri Rüstəm İbrahimbəyovun Azərbaycana qayıdışı ilə bağlı verdiyi qeyri-müəyyən açıqlamaya münasibət bildirərkən söyləyib.Politoloq daha sonra bunları bildirib: “Əvvəl deyirdi, mayın sonu Bakıdayam. Sonra bu tarix dəyişib oldu iyunun əvvəli, daha sonra axırı. İndi də deyir, bu qayıdış iyulun ilk ongunlüyünə qədər uzana bilər. Maraqlıdır, deyilmi? Həm də necə! 74 yaşlı rejissor sözün əsl mənasında ətrafındakı zavallıları barmağına dolayıb. Əsaslandırması da budur ki, xaricdən dəstək almağa getmişəm.

Amerikadakı görüşlərim sona yetib, bir az da Avropa və Türkiyədə bir-iki dövrə vurum, dərhal qayıdacam. Burdakı təəssübkeşlər də məsum-məsum ağalarını gözləyir ki, görək hansı konqresmenin ağzından nə müjdə gətirəcək. Görək hansı maliyyə donoru hesaba nə qədər pul yatıracaq. Görək bu seçkinin ən son dəbi nə olacaq, narıncıdan sonra hansı rəngə sarılacayıq?İbrahimbəyovun dünənki açıqlamasında digər diqqət çəkən məqam bilirsinizmi nədir? –Turne məsələsi. Adam beləcə də deyib: “Sabahdan etibarən Türkiyə və avropa ölkələrinə turneyə çıxıram” Səfərə yox ha, türneyə! Təsəvvür edirsinizmi? Bu insan hələ də incəsənət jarqonu ilə danışır.

Hələ də fərqində deyil ki, özünü hansı sahəyə transfer edib, harda-necə danışmaq lazımdır, siyasi meydanının rejissor otağından fərqi nədir və ən nəhayət siyasətçilər Madonna kimi, Kabzon kimi turnelərə deyil, səfərlərə, rəsmi görüşlərə, protokol tədbirlərinə gedirlər. Hətta bu dediklərim rəsmi xarakter daşımadıqda belə turne, festival, qastrol adlanmır.Odur ki, birmənalı şəkildə deyirəm: Kimsə qayıdış-filan gözləməsin. İbrahimbəyov bu günə qədərki bütün fəaliyyəti ilə qəhrəmanlığın fövqündə duran biridir. İnsan durub dururkən 74 yaşında qəhrəman ola bilməz! Sata-sata gələnlərin xisləti qəhrəmanlıq üçün keçərli deyil.Özünü buralara qədər biabır etdi, yetər. Bundan artığına lüzum yoxdur “

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda qadın bıçaqlandı - Keçmiş əri saxlanıldı
16:08 20.09.2025
Goranboyda qadın bıçaqlandı - Keçmiş əri saxlanıldı
Xankəndi şəhər günü münasibətilə konsert proqramı təşkil edilib
15:58 20.09.2025
Xankəndi şəhər günü münasibətilə konsert proqramı təşkil edilib
Növbəti köç karvanı Kəlbəcərə çatıb
15:44 20.09.2025
Növbəti köç karvanı Kəlbəcərə çatıb
"Formula 1” ilə müqavilənin müddəti 2030-cu ilə qədər uzadılıb
15:41 20.09.2025
"Formula 1” ilə müqavilənin müddəti 2030-cu ilə qədər uzadılıb
Zelenski Trampla Ukraynanın təhlükəsizlik zəmanətlərini müzakirə edəcəyini bildirib
15:20 20.09.2025
Zelenski Trampla Ukraynanın təhlükəsizlik zəmanətlərini müzakirə edəcəyini bildirib
Ukrayna dronlarının Samara vilayətinə hücumu nəticəsində 4 nəfər ölüb
14:58 20.09.2025
Ukrayna dronlarının Samara vilayətinə hücumu nəticəsində 4 nəfər ölüb
Əliyevin Ruanda Prezidenti ilə nahar əsnasında geniş tərkibdə görüşü olub
14:33 20.09.2025
Əliyevin Ruanda Prezidenti ilə nahar əsnasında geniş tərkibdə görüşü olub
Şəmistan Nəzirli vəfat edib
14:31 20.09.2025
Şəmistan Nəzirli vəfat edib
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
14:14 20.09.2025
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
13:50 20.09.2025
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
13:41 20.09.2025
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
13:35 20.09.2025
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
13:23 20.09.2025
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
13:14 20.09.2025
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
13:12 20.09.2025
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
13:07 20.09.2025
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR