İbrahimbəyovun Bakıda olmaması müxalifət arasında gərginliyi artırır - VİDEO

İbrahimbəyovun Bakıda olmaması müxalifət arasında gərginliyi artırır -  VİDEO
SİYASƏT
00:35 26.07.2013
1775

Milli Şura daxilində baş verənləri bu quruma üzv olmayan müxalifət partiyaları təşkilat daxilindəki intriqalarla bağlayır.

Prezident seçkiləri yaxınlaşdığı bir ərəfədə Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun hələ də Bakıya gəlməməsi müxalifət arasında gərginliyi artırır. Bəzi siyasi qüvvələr düşünür ki, seçkilərə qədər Milli Şura dağılacaq və Rüstəm İbrahimbəyovdan başqa digər liderlər də namizədliyini irəli sürəcək. Lakin Milli Şura daxilində vahid namizədlə seçkiyə gedəcəklərinə inam var.Bir neçə müxalifət partiyasının yaratdığı Milli Şuranın prezidentliyə vahid namizədi hesab olunan Rüstəm İbrahimbəyovun iyulun 31-də Bakıya qayıdacağı gözlənilir. Bu ərəfədə müxalifət düşərgəsində seçkilərdə iştirak mövzusu ətrafında müzakirələr böyüyür. Hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus deyir ki, Müsavat başqanı İsa Qəmbərin də namizədliyinin irəli sürülməsinə baxmayaraq, Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovdur: “Əgər hansısa başqa namizəd olsa, əgər seçkiyə başqa bir namizəd getsə, fikrimcə, bu, hökumətin ssenarisini həyata keçirmək deməkdir”Milli Şura daxilində baş verənləri bu quruma üzv olmayan müxalifət partiyaları təşkilat daxilindəki intriqalarla bağlayırlar. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu intriqanın çox olduğunu düşünür: “Milli Şuraya daxil olanların bir qrupunun bəyanatından elə görünür ki, Rüstəm İbrahimbəyov olmayacağı təqdirdə, bunlar seçkiləri boykot etmək istəyirlər. Müsavat Partiyası isə boykotun əleyhinədir".Prezident seçkiləri zamanı özünü hakimiyyətin əsas rəqibi sayan Milli Şuranın fəaliyyətinə iqtidar komandasında isə bir qədər istehza ilə yanaşırlar. Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirmişdi ki, müxalifətin bu birliyinin də aqibəti əvvəlkilərdən fərqli olmayacaq. Bu qurum da dağılmağa məhkumdur: “Biz əvvəlcədən demişdik ki, İctimai Palatanın, bu təşkilatların heç bir perspektivi yoxdur. Çünki orada təmsil olunan insanları hamı tanıyır. Milli Şura da İctimai Palatanın vəziyyətinə düşəcək”.

Müxalifət düşərgəsində yeni bir qalmaqal isə Rəsul Quliyevin Açıq Cəmiyyət Partiyası ilə Müsavat Partiyası arasında yaranıb. Rəsul Quliyev 2003-cü ildə prezident seçkilərində İsa Qəmbəri dəstəkləməyini ən böyük səhvi adlandırıb və deyib ki, İsa Qəmbərə güvənmək olmaz. Buna cavab olaraq, Müsavat rəsmisi Arif Hacılı Rəsul Quliyevi satqın adlandırıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nazir Xankəndi və Xocalıda təhsil müəssisələrində olub
15:18 10.03.2026
Nazir Xankəndi və Xocalıda təhsil müəssisələrində olub
Nigar Camalla Samir Piriyevdən duet - VİDEO
15:18 10.03.2026
Nigar Camalla Samir Piriyevdən duet - VİDEO
İsrail ordusu Tehrana yeni aviazərbələr endirir
15:09 10.03.2026
İsrail ordusu Tehrana yeni aviazərbələr endirir
Abbas Əraqçi Türkiyəyə atılan raketlərin İrana aid olmadığını açıqladı
15:04 10.03.2026
Abbas Əraqçi Türkiyəyə atılan raketlərin İrana aid olmadığını açıqladı
Naxçıvanda  pirotexniki vasitələr satan şəxslər saxlanıldı
15:00 10.03.2026
Naxçıvanda pirotexniki vasitələr satan şəxslər saxlanıldı
ABŞ-İsrail və İran Müharibəsində 11-ci gün: Bölgədə daha hansı hadisələr baş verə bilər?
14:42 10.03.2026
ABŞ-İsrail və İran Müharibəsində 11-ci gün: Bölgədə daha hansı hadisələr baş verə bilər?
İranda yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
14:31 10.03.2026
İranda yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
14:25 10.03.2026
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
Bayram namazı nə vaxt qılınacaq?
14:15 10.03.2026
Bayram namazı nə vaxt qılınacaq?
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
14:07 10.03.2026
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
14:00 10.03.2026
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
13:53 10.03.2026
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
13:50 10.03.2026
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
13:35 10.03.2026
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
13:28 10.03.2026
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
13:17 10.03.2026
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"