İsveç yığmasının futbolçusu Zlatan İbrahimoviç AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə oyunda əsas heyətdə çıxış etməyəcək.
Bunu Skandinaviya təmsilçisinin baş məşqçisi Yanne Andersson deyib.
O bildirib ki, bir illik fasilədən sonra yığmaya dəvət edilən 42 yaşlı hücumçu qarşıdakı matçlarda ehtiyatda olacaq: "Mən onu start heyət üzvü kimi görmürəm. "Milan”da olduğu kimi, burada da əsasən əvəzetmədən meydana girmək imkanı olacaq”.
Qeyd edək ki, İsveç yığması martın 24-də Belçika, 27-də isə Azərbaycan millisini Solna şəhərində qəbul edəcək.