İbrahimoviç: ''Mən artıq ''yaşayan əfsanə''yəm''

İbrahimoviç:
İDMAN
07:59 10.09.2012
1425

İsveç millisinin və Fransanın PSJ klubunun hücumçusu Zlatan İbrahimoviç yenidən diqqət mərkəzinə düşüb.

AZXEBER.COM-un məlumatına görə, "DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində Qazaxıstanla qarşılaşacaq İsveç millisinin düşərgəsində olan 30 yaşlı futbolçu ölkəsində bir mükafata layiq görülüb.

"France Football"a danışan İbrahimoviç özünün "yaşanan əfsanə" olduöunu bildirib: "Bu, həqiqətən də mənim üçün böyük qürurdur. Deməli, karyeram boyu nəysə etmişəm ki, bu mükafatı mənə veriblər. Adətən ölmədən öncə əfsanə ola bilməyəcəyimizi düşünürük. Ancaq mən artıq "yaşayan əfsanə"yəm. Ən azından ölkəmdə".

Qeyd edək ki, İbrahimoviç yeni mövsüm öncəsi "Milan"dan PSJ-yə transfer edilib.

OXŞAR XƏBƏRLƏR