“İbtidai Sinif Müəllimlərinin 4-cü Forumu” keçiriləcək

“İbtidai Sinif Müəllimlərinin 4-cü Forumu” keçiriləcək
SOSİAL
11:22 28.09.2026
133
"İbtidai sinif müəllimlərinin 4-cü forumu” (İSMF 2026) keçiriləcək.

AZXEBER.COM xəbər verir ki, forum oktyabrın 3-də Heydər Əliyev Sarayında "Çinar Yayımları” nəşriyyatının təşkilatçılığı ilə baş tutacaq.

Tədbirin əsas məqsədi ölkənin müxtəlif bölgələrindən olan bağça və ibtidai sinif müəllimlərini bir araya gətirmək, onların əməkdaşlıq və təcrübə mübadiləsi aparmasına, müasir təhsil yanaşmaları ilə tanış olmasına, həmçinin yeni layihə və təşəbbüslər ətrafında fikir mübadiləsi aparmasına şərait yaratmaqdır.

Forum çərçivəsində təhsil sahəsində aktual mövzular müzakirə ediləcək, müəllimlərin gündəlik pedaqoji fəaliyyətində qarşılaşdıqları məsələlərə yeni yanaşmalar təqdim olunacaq. Eyni zamanda müasir tədris metodları və effektiv pedaqoji yanaşmalarla bağlı fikir və təcrübə mübadiləsi aparılacaq.

İştirakçılar həmkarlarının təcrübəsindən yararlanmaq, yeni ideyalar əldə etmək və peşəkar əlaqələrini genişləndirmək imkanı qazanacaqlar.

İSMF 2026 Təşkilat Komitəsinin sədri Bəhram Oruclunun sözlərinə görə, forumun əsas hədəflərindən biri müəllimlər üçün davamlı inkişaf, qarşılıqlı öyrənmə və əməkdaşlıq mühiti formalaşdırmaqdır.

Onun sözlərinə görə, müasir təhsilin inkişafı yalnız yeni metod və texnologiyaların tətbiqindən deyil, həm də müəllimlərin bir-birinin təcrübəsindən faydalanmasından, uğurlu yanaşmaları paylaşmasından və peşəkar ünsiyyət imkanlarını genişləndirməsindən keçir.

Qeyd edək ki, "İbtidai sinif müəllimlərinin 4-cü forumu” oktyabrın 3-də saat 14:30-dan 16:30-dək Heydər Əliyev Sarayında keçiriləcək.

Forumda iştirak etmək və bilet əldə etmək üçün 055-224-56-26 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.
 

 


OXŞAR XƏBƏRLƏR