Çiçək: “10-12 sponsorum var, çoxlu pul qazanıram”

Çiçək: “10-12 sponsorum var, çoxlu pul qazanıram”
MAQAZİN
12:03 17.03.2017
1305

 

"Çiçək” təxəllüsü ilə tanınan aparıcı Şəhla Vakkas qalmaqallı verilişlərdən danışıb.

"Niyə” filminin qala gecəsinə gəlinləri ilə qatılan aparıcı qalmaqal yaradan həmkarlarına haqq qazandırıb: "Qalmaqal yaradan verilişlərə can qurban, yaxşı edirlər. Qalmaqal yaratsınlar, reytinqlərini artırsınlar, sponsorlarını çoxaltsınlar. Mənim verilişimin 10-12 sponsoru var. Onların hər birinə görə böyük məbləğdə faiz götürürəm. Birdə ki, niyə almayım?"

- Son günlər "Ağ şəhərdə” ev aldğınız haqda xəbərlər yayıldı...

- "Ağ şəhərdə" ev almağım barədə xəbərlər düz deyil. Bir qardaşım var, Türkiyədə yaşayır. O evi qardaşım valideynlərimə hədiyyə olaraq alıb. Bizim maddi gücümüz daha çox qardaşımızdan asılıdır. Belə deyim, o, bizim bankımızdır.

- Qardaşınızın Türkiyədə yaşadığını dediniz. Qardaş ölkədən təkliflər almısınızmı?

- Mən həm də türk dilliyəm. Çoxlu təkliflər almışam. Azərbaycanı sevirəm, bura bağlıyam. Ona görə getməyi düşünmürəm.

- Uzun illərdir ki, aparıcı kim i fəaliyyət göstərirsiniz. Aktrisa kimi özünüzü sınamağı düşünmüşünüz?

- Düşünürəm ki, insan bir iş görər. Özümü hələ ki, "Xəzər” televiziyasının seriallarında sınayıram. Rejissorlar deyir ki, aktrisalıq qabiliyyətim var. Zamanla hər şey bəlli olacaq.

- Mətbuatdan uzaq gəzmənizə səbəb nədir?

- İnsanları bezdirmək istəmirəm. Hər gün çıxıb, nə müsahibə verim? O zaman maraqsız olaram.

- Bəzi aparıcılar efirdə rola girir, həyatda isə tam fərqli birisi olduğunu görürük. Sizcə, həyatda, yoxsa efirdə rola girmək asandır?

- Mən çox pozitiv insanam, heç kimi qırmamağa çalışıram. Mən nə həyatda, nə də efirdə rola girirəm. Ona görə də bu suala cavab verə bilməyəcəyəm.

///Musavat.com
OXŞAR XƏBƏRLƏR