İçində 40 min manat olan ödəmə terminallarını oğurladılar

İçində 40 min manat olan ödəmə terminallarını oğurladılar
KRİMİNAL
16:31 09.05.2026
299
Bərdə rayonunda yerləşən iki mağazada quraşdırılan və kassalarında ümumilikdə 40 min manat maddi vəsait olan ödəmə terminalları naməlum şəxslər tərəfindən oğurlanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən Elşad Əlizadə və Ayxan Quliyev saxlanılıblar. Onların terminallardan birini oğurlama anı təhlükəsizlik kameraları vasitəsilə də qeydə alınıb.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR