17:29 çərşənbə Axşamı, 25 Iyun 2019
KRİMİNAL

İçkili halda dava saldı, qulağı kəsildi - Bakıda cinayət

13:59, 29.03.20194198
İçkili halda dava saldı, qulağı kəsildi - Bakıda cinayət
Spirtli içki qəbul edib tanımadığı şəxslə əlbəyaxa dava salan şəxsin sonu bıçaqlanma ilə bitib.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Qum adası, Bağ massivində baş verib. 

1978-ci il təvəllüdlü Mustafayev Azad Nurəddin oğlu şəxsiyyəti hələlik məlum olmayan şəxs tərəfindən bıçaqlanıb. 

Yaralı xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin sağ yarısının kəsilmiş-deşilmiş yaraları, sol qulağın kəsilmiş yarası diaqnozu qoyulub. Dərhal əməliyyata alınıb. Hazırda vəziyyəti orta-ağırdır. 

Analoji hadisə paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsi 6-cı mədənin yaxınlığında baş verib. 

2002-ci il təvəllüdlü Məmmədov Taleh Nadir oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Dərhal xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Hazırda vəziyyəti orta-ağırdır. 

Hər iki faktla bağlı araşdırma aparılır. 
XƏBƏR LENTİ