Türkiyənin Antalya şəhərinin Kəmər bölgəsində baş verən meşə yanğını nəzarətə götürülüb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, yanğını törətməkdə şübhəli bilinən şəxs yanan ərazidə huşsuz vəziyyətdə tapılıb.
Meşə mühafizəsi əməkdaşları tərəfindən xilas edilən şübhəli şəxs spirtli içki qəbul etdikdən sonra isinmək üçün od yandırdığını bildirib.
Müxtəlif cinayətlərin bir çox qeydlərinə sahib olduğu təsbit edilən F.K.-nın ilk ifadəsində spirtli içki qəbul etdikdən sonra isinmək üçün ocaq yandırdığını dediyi öyrənilib.
Xəstəxanada aparılan yoxlamalardan sonra F.K.-nın Kemer Polis Müdirliyi qrupları tərəfindən şübhəli şəxs qismində polis bölməsinə aparılacağı bildirilib.
Oksana