İcra başçıları Prezident Administrasiyasına çağırıldılar

İQTİSADİYYAT
15:14 24.05.2013
2542
İclasda prezident seçkilərinə hazırlıq müzakirə edilir
Bu gün Prezident Administrasiyasında icra başçıları ilə görüş keçirilib. Hələ də davam edən görüş Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə keçirilir. Görüşdə Azərbaycanın bütün rayonlarının, eyni zamanda Naxçıvan Muxtar Respublikasının rayonlarının icra başçıları iştirak edirlər.Məlumata görə, görüşdə bu ilin payızında baş tutacaq prezident seçkilərinə hazırlıqla bağlı icra başçılarına müəyyən tapşırıq və tövsiyələr verilir. Eyni zamanda, yerlərdə sosial problemlərin həlli, əhali ilə münasibət və digər məsələlər ətrafında ciddi müzakirələr aparılaraq görüləcək işlərin hesabatı aparılır.// qafqazinfo

OXŞAR XƏBƏRLƏR