İcra başçılarının yerdəyişdirilməsinin pərdəarxası məqamları - TƏFƏRRÜAT

SİYASƏT
09:07 03.09.2015
9555

Zakir Fərəcov Sumqayıtın başçısı təyin olundu; kabinetini tərk etməyəcəyini deyən Eldar Əzizov Səbayelə göndərildi, Asif Əsgərov Nəsiminin icra başçısı oldu; Nəsib Məhəməliyev güdaza getdi; Abşeronun icra başçısı vəzifəsini xanım icra edəcək...

İki gündür ölkədə icra hakimiyyəti başçılarının dəyişdiriləcəyi ilə bağlı dolaşan xəbərlər nəhayət təsdiqini tapdı. Əslində, icra başçıları ilə bağlı sərəncamın bir gün əvvəl veriləcəyi iddia olunurdu. Bu barədə sosial şəbəkələrdə və saytlarda konkret yazılar da dərc olunmuşdu. Lakin rəsmi sərəncam bir qədər yubandı.

Prezident İlham Əliyevin sentyabrın 2-də imzaladığı sərəncamla Eldar Əzizov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Prezidentin digər sərəncamı ilə o, Bakı şəhəri Səbayel rayonuna icra başçısı təyin edilib.
Prezidentin başqa bir sərəncamı ilə Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bu vəzifədən azad edilərək, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Həmçinin, prezident sentyabrın 2-də Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəmməd oğlu Məhəməliyevi tutduğu vəzifədən azad edib.
Səbayel rayon İcra Hakimiyyətinin başçısı Asif Yunis oğlu Əsgərov isə bu vəzifədən azad edilərək, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.
Ölkə başçısının başqa bir sərəncamı ilə İradə Akif qızı Gülməmmədova Abşeron RİH-nin başçısı təyin edilib. Buna qədər o, Abşeron RİH başçısının birinci müavini vəzifəsində çalışırdı.
Hələ sentyabrın 2-də səhər saatlarında müsavat.com saytı Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqda xəbər yaymışdı. Bu xəbər bir gün öncədən dövriyyədə olsa da, rəsmi təsdiqini tapmırdı. Abşeron Rayon İcra Hakimiyyətinə bununla bağlı göndərdiyi sorğuya sentyabrın 2-də səhər saatlarında cavab almışdı. Cavabda Z.Fərəcovun Sumqayıta icra başçısı təyinatı xəbəri təsdiqlənirdi.
Qeyd edək ki, sərəncam rəsmi elan edilənə qədər ölkə saytlarında ən müxtəlif informasiyalar yayılmışdı. Bəzi mənbələr Sumqayıtın sabiq icra başçısı Eldar Əzizovun Bakının Nizami rayonuna icra başçısı (hazırda həmin post boşdur-red.) göndəriləcəyini deyirdi.
Gələn məlumatlara görə, Sumqayıtın artıq sabiq icra başçısı sayılan Eldar Əzizov bu təyinata özünəməxsus formada reaksiya verib. Sumqayıt İH-dakı mənbələrdən saytımıza daxil olan məlumatda deyilir ki. E.Əzizov Sumqayıtın icra başçısı vəzifəsindən çıxarılıb, Nizamiyə göndərilməsinə kəskin etiraz edib. Mənbənin iddiasına görə, o, əvvəl işlədiyi Bakının Nizami rayonuna icra başçısını göndərilməsini “vurulmaq” kimi qəbul edib.
İddialara görə, o, yaxın ətrafına deyib ki, kabinetdən çıxmayacaq. Hətta sentyabrın 2-də günorta saatlarında Sumqayıtın rəhbər şəxslərini də Sumqayıtda parka toplayaraq, onlara iməciliyə başlamaq göstərişini verib.
E.Əzizov həmçinin, mətbuata belə bir açıqlama da vermişdi: “Mən hazırda Sumqayıt şəhər İcra Hakimiyyətində, kabinetimdəyəm və vəzifəmi icra edirəm. Əgər cənab prezident məni vəzifəmdən azad etsəydi, xəbərim olardı. Dünən mətbuatda yayılan məlumatların bir əsası yoxdur”.
Eldar Əzizovun hikkəli münasibəti onunla nəticələnib ki, onu Səbayelə icra başçısı gətiriblər. Səbayelin icra başçısı Nəsimiyə göndərilib, sonuncu rayonun icra başçısı isə vəzifədən azad edilib. O, hələlik işsizdir. Faktiki olaraq Məhəməliyev E.Əzizovun Nizamiyə icra başçısı getmək istəməməsi üzündən onun güdazına getmiş sayılır.
***
Ekspertlər hesab edirlər ki, seçki ərəfəsində prezidentin mühüm yerdəyişmələr etməsi çox ciddi bir məsələdir və mesajdır. Həmçinin, onun Abşerona qadını icra başçısı təyin etməsi də müsbət qiymətləndirilən addımdır.
Hakimiyyətə yaxın olan bir mənbənin deməsinə görə, atılan addımlar neçə vaxtdır barəsində danışılan islahatların tərkib hissəsidir və bunlar davamlı olacaq: “Qarşıdakı müddətdə biz digər strukturlarda da dəyişiklərin, islahatların şahidi olacağıq. Çünki ölkədə yaranmış durum bunu zəruri edir. İqtidar islahatlara getmək iradəsini artıq nümayiş etdirməyə başlayıb”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
11:52 26.02.2025
13 illik həyat yoldaşından boşanan müğənni Farahla sevgilidir
11:43 26.02.2025
Suriya xalqı İsrailin hücumlarını qınamaq üçün küçələrə çıxdı
11:42 26.02.2025
16 nəfərin ölümünə səbəb olan etil spirti məsələsi ARAŞDIRILIR
11:37 26.02.2025
Göygöldə hamilə qadın və körpənin ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA
11:32 26.02.2025
"Vətəndaş mətbəxdə diş çəkdirirsə, Səhiyyə Nazirliyi buna cavabdeh ola bilməz"
11:30 26.02.2025
Regionlarda gənclərin iştirakı ilə Xocalı qurbanları yad edilib - FOTOLAR
11:18 26.02.2025
"Plastik cərrahiyyə ilə məşğul olmağa icazəsi olan mütəxəssislərin siyahısı açıqlanacaq"
11:14 26.02.2025
Xocalını sonuncu tərk edən Ramiz Məmmədov: "Ölmüş anasının sinəsində donan uşaq gördüm"
10:42 26.02.2025
Bakıya yenidən qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
10:41 26.02.2025
Nazlı Sabancı soyadını sildi - Boşanırlar
10:35 26.02.2025
Gələn ilin sonuna qədər Ağdama 20 min əhali köçürüləcək
10:20 26.02.2025
İlham Əliyev və Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər
10:16 26.02.2025
Türkiyə XİN: Azərbaycanın ağrısını qəlbimizdə daşıyırıq
10:13 26.02.2025
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına getdi
09:58 26.02.2025
Zığda evdə yanğın olub - Ölən var
09:50 26.02.2025
Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıya qədər endirildi