İcra başçısı məktəbin həyətini villa tikilməsi üçün satdı - FOTOLAR

İcra başçısı məktəbin həyətini villa tikilməsi üçün satdı - FOTOLAR
SOSİAL
19:55 07.08.2016
2470
Xətai rayonu ərazisində yerləşən məktəbin ərazisi zəbt edilərək, villalar tikilib. Məktəb rəhbərliyi deyir ki, tikinti işləri onlardan əvvəlki dönəmə təsadüf edir. Villaların sahibləri isə İcra Hakimiyyətindən icazə alaraq ev tikdiklərini söyləyirlər.
Söhbət Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsində yerləşən 263 saylı tam orta məktəbdən gedir. Əvvəlcə onu qeyd edək ki, Xətai rayonu ərazisində bu problemlə üz-üzə qalan məktəblərin sayı heç də az deyil.
Bir müddət əvvəl rayonun 171 və 269 nömrəli məktəblərinin də ərazisinin tikinti şirkətləri tərəfindən zəbt edilməsi, məktəb stadionlarının ərazisində çoxmərtəbəli binaların tikilməsi haqda məlumat vermişdik.
263 nömrəli məktəbin ərazisi isə tikinti şirkətləri tərəfindən yox, fərdi yaşayış evləri tikən şəxslər tərəfindən zəbt edilib. Bu proses də İcra Hakimiyyətinin icazəsi ilə baş tutub.
Məktəb direktorunun təsərrüfat işləri üzrə müavini (təsərrüfat müdiri) Hüsniyyə Məmmədova musavat.com-a danışarkən deyib ki, təhsil ocağının ərazisinin zəbt edilməsi prosesi 8-9 il əvvəl başlayıb.
H.Məmmədovanın sözlərinə görə, məktəbin köhnə hasarlarının yerində indi fərdi yaşayış evləri tikilib: “Məktəb direktoru 2012-ci ildən bura təyinat alıb. Elə biz də həmin vaxtdan burada çalışırıq. Bu tikinti işləri isə təxminən 10 il əvvəl həyata keçirilib. Məktəbin ərazisi tikilən evlərin arxasından olmalıdır. Ancaq həmin hasarlar sökülüb. İndi həmin hasarların yerində bu evlər tikilib”.
Təsərrüfat müdiri deyir ki, məktəbin əsaslı təmirindən sonra yeni hasar tikilib. Bu da məktəb ərazisinin zəbt edilməsinin qarşısını alıb: “Məktəb əsaslı təmir edilərkən hasarı da yenidən çəkildi. Bu da məktəb ərazisinin zəbt edilməsinin qarşısını alıb”.
Məktəbin ərazisinə, təhlükəsizliyinə nəzarət etməyin çətin olduğunu deyən H.Məmmədova bunun üçün çox ciddi cəhdlərlə çalışdıqlarını deyir: “Məktəb binaların arasındadır. Axşamlar bura gəzmək üçün gələn insanlar çox olur. Ətrafda park, istirahət yerləri yoxdur. İnsanlar da məcbur bura gəlir. Ancaq biz də məktəbi qorumaq, təhlükəsizliyi təmin etmək üçün qapıları bağlamaq məcburiyyətində qalmışıq. Dərs saatı başa çatan kimi həyət qapılarını bağlayırıq. Çünki məktəbin həyətinə gələn uşaqlar məktəb şüşələrini daşla sındırırlar, divarları yazırlar. İndi məktəbdə nəzarət kameraları da var. Həmçinin məktəbdə 24 saat nəzarətçi olur”.
Təhsil ocağının həyətində ev tikən sakinlərdən biri ilə də söhbət etdik. O, məktəb ərazisini zəbt etdiklərini sonradan öyrəndiklərini deyir: “Biz evi 9 il əvvəl tikmişik. İcra Hakimiyyətindən icazəmiz var. Siz də bilirsiniz ki, icazəsiz daşı daş üstünə qoymaq olmaz. Biz bu ərazini alanda məktəbin həyəti olduğunu bilmirdik. Bizim uşaqlarımız da bu məktəbdə oxuyur. İndi satıblar, biz də almışıq. Olan olub, keçən keçib. Alanda demədilər ki, bura məktəbin ərazisidir. Bizə “kupça” belə, təqdim edilib”.
Qeyd edək ki, 1981-ci ildən fəaliyyət göstərən məktəbdə 1400 şagird təhsil alır. Məktəb üçün əlavə binanın tikilməsinə də ehtiyac var. Ətrafda yeni yaşayış binalarının tikilməsi, əhalinin sayının artması buna zərurət yaradır. (musavat.com)
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
01:17 05.03.2026
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
00:21 05.03.2026
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
İsrail Təbrizə güclü zərbə endirib
00:02 05.03.2026
İsrail Təbrizə güclü zərbə endirib
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
23:52 04.03.2026
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
23:44 04.03.2026
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM -  VİDEO
23:28 04.03.2026
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM - VİDEO
İranlı ayətullah cihad elan etdi
23:20 04.03.2026
İranlı ayətullah cihad elan etdi
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
23:17 04.03.2026
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
23:10 04.03.2026
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
23:03 04.03.2026
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
22:56 04.03.2026
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
22:44 04.03.2026
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
22:33 04.03.2026
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
22:27 04.03.2026
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
22:18 04.03.2026
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
21:58 04.03.2026
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır