İcra başçısı Qarabağ Müharibəsi qaziləri ilə görüşdü - FOTOLAR

İcra başçısı Qarabağ Müharibəsi qaziləri ilə görüşdü - FOTOLAR
SİYASƏT
16:19 19.11.2025
2077
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə qazilərlə görüş keçirib.

AZXEBER.COM xəbər verir ki, tədbirdə çıxış edən RİH başçısı Vüqar Novruzov bildirib ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev şəhid ailələrinə, qazilərə göstərdiyi xüsusi diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
 
Son illərdə qazilərin sosial müdafiəsinin gücləndirilməsi, tibbi və reabilitasiya xidmətlərinin genişləndirilməsi, mənzil təminatı və məşğulluq məsələlərinin həlli istiqamətində mühüm addımlar atıldığı vurğulanıb. 

Görüşdə iştirak edən qazilər təklif və müraciətlərini səsləndirib, daim Ali Baş Komandanın əmrinə sadiq olduqlarını vurğulayıblar.

Sonda icra başçısı qazilərə göstərdikləri igidlik və Vətənə sədaqətlərinə görə təşəkkür edib.
 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR