İcra başçısı və millət vəkili adından şəhid və qazi ailələrinə sovqatlar verildi - FOTOLAR

İcra başçısı və millət vəkili adından  şəhid və qazi ailələrinə sovqatlar verildi - FOTOLAR
SOSİAL
16:49 29.12.2020
766
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və Millət vəkili Anar Məmmədovun adından şəhid və qazi ailələrinə sovqatlar verilib

AZXEBER.COM xəbər verir ki, görüşlərdə şəhid ailələrinə, əlil və müharibə iştirakçılarına göstərilən dövlət dəstəyindən danışılıb, Ali Baş Komandanımız möhtərəm cənab Prezidentimiz İlham Əliyevin əsrin dörddə birindən çox davam edən münaqişəni 44 gün ərzində həll etdiyini, öz qanı və canı bahasına Vətən torpağının müdafiəsinə qalxanların, həmçinin onların ailələrinin Möhtərəm Cənab Prezidentimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunduqları vurğulanıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa dilənib.

Şəhid ailələri və müharibə iştirakçıları göstərilən yüksək diqqət və qayğıya görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə ediblər.
 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR