İcra başçısından Bayılda sakinlərə veriləcək kompensasiya ilə bağlı AÇIQLAMA

İcra başçısından Bayılda sakinlərə veriləcək kompensasiya ilə bağlı AÇIQLAMA
SOSİAL
11:09 13.03.2018
1955
"Bayıl sürüşmə sahəsində evləri dağılan, qəzalı vəziyyətə düşən sakinlərə kompensasiya verilməsinə baxılır. Sakinlər kompensasiyanın məbləğindən narazıdırlar. Bu məsələ müsbət həllini bu həftənin sonuna kimi tapmalıdır".
 
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov sürüşmə sahəsində yaşayan sakinlərlə görüşdə deyib. E. Əzizov qeyd edib ki, qəzalı vəziyyətə düşən 6 mənzilə veriləcək kompensasiyanın məbləği müəyyənləşib: "Mənzilləri təhlükəli ərazidə yerləşməyən sakinlərin öz evlərində yaşamalarına imkan verilə bilər. Bütün məsələlərə baxılacaq. Bunlar hamısı alim və mütəxəssislərin rəyindən asılı olacaq".
OXŞAR XƏBƏRLƏR