İcra başçısının ailəsində bədbəxt hadisə - 3 yaralı
SOSİAL
00:02 12.03.2016
2569
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayevin ailəsində bədbəxt hadisə baş verib.İcra başçısının bacısı Kamilə Babayeva Ucar rayonu ərazisində ağır yol qəzası keçirib.Qəzaya düşən "Toyota" markalı avtomobildə K.Babayeva ilə yanaşı, yeznəsi və qızı olub.Yaralılar xüsusi vertolyotla Bakıya gətiriliblər. Gömrük Hospitalına yerləşdirilən yaralılardan başçının bacısının vəziyyəti çox kritik qiymətləndirilir.