İcra başçısının müavini həbs olundu - YENİLƏNİR

İcra başçısının müavini həbs olundu -  YENİLƏNİR
KRİMİNAL
17:10 05.06.2014
3935

Mayın 29 da tutduğu vəzifədən azad edilən Sabunçu rayon icra hakiminin 1-ci müavini Şakir Alıyev dünən həbs edilib. 

Avropa.info-nun əldə etdiyi məlumata görə, Şakir Alıyevə korrupsiya və rüşvət ittihamları irəli sürülüb. 

Həbs olunan icra başçısının keçmiş müavininin  icra başçısı Adil Vəliyevlə münasibətlərinin pis olduğu bildirilirdi. Onun  rayon ərazisində icra hakimiyyəti rəhbərliyi və ona yaxın şəxslərin tikinti aparılmasına əngəllər yaratması, tikinti icazəsi üçün rüşvət tələb etmələri haqda Prezident Adminstrasiyasına ünvanlanan çoxsaylı  şikayətlərdən sonra  vəzifəsindən azad edildiyi qeyd olunurdu.

Avropa.info-nun əldə etdiyi məlumata görə, Şakir Alıyev  mayın 29-da  işdən  azad edildikdən sonra, qısa müddətdə onun  Sabunçu rayonunda  vəzifədə  olan  bütün  qohumları işdən azad edilib.

 **

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov  açıqlamasında Şakir Alıyevin həbs xəbərini təkzib edib. O bildirib ki, Ş.Alıyevlə bağlı yayılan korrupsiya ittihamları da yalandır: "Şakir Alıyev həbs olunmayıb və ona qarşı guya Baş Prokurorluqda korrupsiya ittihamı irəli sürülməsi barədə xəbərlər kökündən yanlışdır".

OXŞAR XƏBƏRLƏR