İcra başçısının müavini istefa verdi

SİYASƏT
15:27 26.08.2024
665
Qusar rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Zoya Eldarova bu günvəzifəsindən ayrılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Bizim.Media-ya Zoya Eldarova məlumat verib.

O, öz ərizəsi ilə vəzifəsindən getdiyini bildirib.

Məlumata görə, Qusar rayon İcra Hakimiyyəti başçısı Sahir Məmmədxanov müavinin ərizəsini təsdiqləyib.

Xatırladaq ki, Sahir Məmmədxanov 8 iyul 2024-cü ildə Qusarın icra başçısı təyin olunub.

OXŞAR XƏBƏRLƏR