Uşaqlar Bakıya məktəbə gəlirlərmiş...
İcra başçısının müavininin ailəsi ağır yol qəzasına düşüb. Hadisə dünənQobustanrayonuərazisində baş verib. Ağsu Rayon İcra Hakimiyyəti başçısının müaviniİqbal Mikayılovun övladları olan “VAZ-21015” markalı maşın qarşıdan gələn “QAZ-24” markalı avtomobililə toqquşub.
Qəza zamanıZinət Mikayılova, Ayşən Mikayılova, Elşən Mikayılovvə “QAZ-24”ün sürücüsüMayıs Şixəliyevyaralanıblar.
Qəzaya səbəb kimi dumanlı hava şəraiti göstərilir.
İlkin məlumata görə, İ.Mikayılovun uşaqları Bakıda oxuyurlar və maşınla paytaxta gəlirmişlər.
Baş Dövlət Yol Polis İdarəsi faktlı təsdiqlədi. Hadisə ilə bağlı İ.Mikayılovla əlaqə saxlamaq istəsək də, Ağsu Rayon İcra Hakimiyyətindən onun xəstəxanada, övladlarının yanında olduğu bildirildi.(Milli.az)