Bir neçə saat bundan əvvəl Yasamal rayon icra başçısının müavini Səməd İslamovun infakt keçirdiyi xəbəri yayılıb.
AZXEBER.COM məsələylə bağlı icra hakimiyyətiylə əlaqə saxlayıb. İcra hakimiyyətindən bildirilib ki, mətbuatda yayılan xəbərlər həqiqəti əks etdirmir və Səməd İslamov iş başındadır.
Xəbəri icra başçısının müavinin ailəsi də təkzib edib.
Xatırladaq ki, bu gün bir neçə mətbuat orqanında S.İslamovun dərhal halı pisləşdiyi və Kliniki Tibbi Mərkəzə yerləşdirilməsi haqda xəbər yayılmışdı.