İcra başçısının oğlu maşın kolleksiyasını böyüdür: bu dəfə 200 minlik maşınla (FOTO)

İcra başçısının oğlu maşın kolleksiyasını böyüdür:  bu dəfə 200 minlik maşınla (FOTO)
SOSİAL
13:17 19.05.2016
3445
İcra başçısı bu və digər yollarla topladığı milyonları özünün və ailəsinin lüks həyatına sərf edir

Ölkəmizdə dəbdəbəli həyat tərzi sürən məmurlarından biri də Sabirabadın icra başçısı Nazim İsmayılov və ailə üzvləridir.2001-ci ildən Göyçay, Şamaxı və Sabirabad rayonlarına başçılıq edən 64 yaşlı icra başçısı bu və digər yollarla topladığı milyonları özünün və ailəsinin lüks həyatına sərf edir.Bakıda bir neçə villası, yüzminlərlə manat dəyərində maşınları, başqa dəyərli obyektləri olan Nazim İsmayılov bununla kifayətlənməyərək doğulduğu Göyçay rayonunda, şəhərin Gənclər Mərkəzinin arxasında oğlu üçün dəbdəbəli villa tikdirməyə başlayıb. Böyük bir ərazini əhatə edən villanın artıq bünövrəsi qoylub. İddia edilir ki, icra başçısı inşaat işlərini aparan ustalara bu villanı oğlu Anar İsmayılov üçün tikdirdiyini bildirib. Hələ tikintisi gedən imarətdə aparılan işlərdən görünür ki, burda dəbdəbəli və böyük bir saray inşaa olunacaq.

Qeyd edək ki, Göyçayda fəaliyyət göstərən “Çınar” mehmanxanası, “Çınar” şadlıq evi və ətrafındakı obyektlərlə məhz icra başçısının oğlu Anar İsmayılova məxsusdur.

Anar İsmayılov “Facebook” hesabında avtomobil alması ilə bağlı məlumat yayıb. Təxminən 7 ay öncədə Anar İsmayılovun özünə məxsusu “Lexsus” avtomobilini satışa çıxarması ilə bağlı mətbuatda xəbərlər yer almışdı. Həmin vaxta fakt qarşısında qalan Nazim İsmayılov və oğlu bu xəbəri susqunluqla qarşılamışdılar.

1452618838_1

Anar İsmayılovun satdığı avtomobil (36 minə satışa qoyulmuşdu)

İndi isə özünün Anar İsmayılov profilində Turbo.az saytına istinadən son model “Lexsus LX 570” markalı avtomobilin şəklini paylaşıb. İcra başçısının oğlu paylaşdığı şəklin altından isə “maşındı” şərhini yazıb. Daha sonra profil yoldaşlarından biri “Anar yakışır sana alınca haber ver havaalanından bununla gel al beni” sulına Anar İsmayılov “Almışam” şərhi ilə cavab verib.

sabirAparılan araşdırmalar zamanı bəlli olub ki, icra başçısının oğlu yaxın günlərdə “Lexsus LX 570” markalı avtomobil alıb. Bu markanın qiyməti Azərbaycanda 145-150 mindir. Məlumdur ki, əksər məmmur övladları öz “oyuncaq”larını xaricdən sifarişlə gətizdirir. Bu zaman isə avtomobillərinə müəyyən detalların artırılmasını sifariş edirlər ki, bu da qiymətin artmasına təsir göstərir. Məlumata görə, Anar İsmayılov da yeni avtomobilinə müəyyən detalların artırılmasını sifariş verib və maşın ona təxminən 200 minə başa gəlib.

img-265748539-1439563825261Bütün bunlardan sonra ortaya bir sual çıxır: icra başçısı 1500-2000 manatlıq gəlirlə milyonlarla manat dəyəri olan villaları, 200 min dollarlıq avtomobilləri necə alır? Əslində bu sualın cavabını hamımız bilirik. Prezident İlham Əliyev məmurlara dəfələrlə özlərinin, ailə üzvlərinin həyatına diqqət yetirməyi, həddlərini aşmamağı tapşırıb. Təəssüf ki, bu xəbərdarlıqlara bəzi məmurlar hələ də məhəl qoymur. Namiz İsmayılovun başçılıq etdiyi Sabirabad rayonun kifayət qədər sosial-iqtisadi problemləri var, əhalinin əksəriyyəti ehtiyac içində yaşayır. İcra başçısı isə oğluna milyonluq villa tikdirir, 200 min dollarlıq maşın alır…

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

pia.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rəşad Dağlıya görə “Space TV”yə xəbərdarlıq edildi
22:41 24.04.2025
Rəşad Dağlıya görə “Space TV”yə xəbərdarlıq edildi
Hərbi institut tələbələrinə hər ay bu qədər vəsait veriləcək
22:40 24.04.2025
Hərbi institut tələbələrinə hər ay bu qədər vəsait veriləcək
KİV: Qəzzada yaşayış binasının atəşə tutulması nəticəsində 7 fələstinli ölüb
22:29 24.04.2025
KİV: Qəzzada yaşayış binasının atəşə tutulması nəticəsində 7 fələstinli ölüb
Harvard demokratiya üçün təhlükədir - Tramp
22:14 24.04.2025
Harvard demokratiya üçün təhlükədir - Tramp
İnsulin almaq üçün aptekə gedən şəxs elə orada vəfat etdi
22:10 24.04.2025
İnsulin almaq üçün aptekə gedən şəxs elə orada vəfat etdi
İntihara cəhd edən qazinin son durumu açıqlandı
21:53 24.04.2025
İntihara cəhd edən qazinin son durumu açıqlandı
Tramp 1915-ci il hadisələri barədə "soyqırımı" sözündən istifadə etməyib
21:50 24.04.2025
Tramp 1915-ci il hadisələri barədə "soyqırımı" sözündən istifadə etməyib
Ermənistan silahlı qüvvələrinin Azərbaycan vertolyotunu vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
21:40 24.04.2025
Ermənistan silahlı qüvvələrinin Azərbaycan vertolyotunu vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Siyəzəndə kişi küçədə infarktdan öldü
21:32 24.04.2025
Siyəzəndə kişi küçədə infarktdan öldü
Türkiyə Ermənistana münasibətlərin normallaşmasına dəstəklə bağlı çağırış edib
21:10 24.04.2025
Türkiyə Ermənistana münasibətlərin normallaşmasına dəstəklə bağlı çağırış edib
KİV: ABŞ Rusiyadan Ukraynanın öz ordusuna malik olma hüququnu tanınmasını istəyir
21:03 24.04.2025
KİV: ABŞ Rusiyadan Ukraynanın öz ordusuna malik olma hüququnu tanınmasını istəyir
Zərərçəkmiş şəxs Şuşanın işğalı günündən danışıb: Həmin vaxt bombalar yağış kimi yağırdı
20:47 24.04.2025
Zərərçəkmiş şəxs Şuşanın işğalı günündən danışıb: Həmin vaxt bombalar yağış kimi yağırdı
Gəncədə Vətən müharibəsi qazisi intihara cəhd edib
20:39 24.04.2025
Gəncədə Vətən müharibəsi qazisi intihara cəhd edib
Ayxan Hacızadə: Türkiyədəki zəlzələdə azərbaycanlıların xəsarət alması barədə məlumat yoxdur
20:30 24.04.2025
Ayxan Hacızadə: Türkiyədəki zəlzələdə azərbaycanlıların xəsarət alması barədə məlumat yoxdur
Daha bir cüdoçumuz Avropa çempionatında bürünc medal qazandı
20:23 24.04.2025
Daha bir cüdoçumuz Avropa çempionatında bürünc medal qazandı
Türkiyədə ağır yol qəzası olub, 11 nəfər yaralanıb
20:16 24.04.2025
Türkiyədə ağır yol qəzası olub, 11 nəfər yaralanıb