İcra başçısının onu tənqdi edənlərin başını qıxdırdığı iddia edilir– ŞOK

SOSİAL
18:31 09.03.2016
7947

"İcra başçısı Əziz Əzizovun haqqında mənfi rəy yazan gənclərin başının qırxdırılması haqqında yazılanlar yalandır”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri modern.azsaytına açıqlamasında Cəlilabad rayon İcra Hakimiyyəti başçısının müavini Dürdanə Əliyeva deyib.

O qeyd edib ki, icra başçısı haqda bunu yazan jurnalistlər ola bilsin ki, fikirlərini məcazi mənadaifadə ediblər.

“Bizim İcra Hakimiyyətinəbir qadın əməkdaş var, o da mənəm. Belə yazıları oxuyuram, gülüb keçirəm. İcrada 43 kişi işçi var, onun da biribaşçısıdır, qalanları digər işçilərdir. Mən orada 42 kişidən qorxuram, amma Əziz müəllimdən qorxmuram. O qədər hümanist adamdır, o, bütün günü işçilərinə pozitiv enerji verir. Bütün günü insanlar arasında olur, gənclərlə dostdur. Qeyri-Hökümət Təşkilatları gəlib bizim rayonda tədbirlər keçirirlər, çünki biz onlara dəstək veririk. Onlara oteldə yer veririk, yedizdiririk, içirdirik, əylənib, çıxıb gedirlər. Gənclərə yer verən adam haqqında belə şey yazrlar. Quldarlıq dövrü deyil ki...

Elə işlərə yol vaerən başçı işində qalar? Gördünüz neçə başçısını işdən çıxartdılar bir “köpək oğlu” sözünün üstündə? Bütün günü Əziz müəllimin yanında olmuşuq. Yəqin məcazı mənada yazıblar. Facebook azad şəbəkədir. Orada kim yazır heç ad bilinmir.Çoxunun adı düzgün deyil, öz adı ilə İnertnetə girmir”, -deyə icra başçısının müavini vurğulayıb.Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, Cəlilabad rayonunun icra başçısı Əziz Əzizovun onu tənqid edənləri özünəməxsus tərzdə cəzalandırır.

Bununla bağlı yayılan məlumatda bildirilir ki, icra başçısı onun haqqında Facebook-da status yazan gəncləri yanına çağırtdırıb, onları dinləyir. Sonra isə onların keçəl edilməsi əmrini verir. Daha sonra həmin gənclərin ona problem yaratmaması üçün 15-20 günlük müddətə həbs etdirir ki, başına tük gəlsin.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir