İcra başçısının qardaşı oğlu həbs olundu

İcra başçısının qardaşı oğlu həbs olundu
SOSİAL
10:20 02.11.2016
2964

Beyləqan rayon icra başçısı Vaqif Abdullayevin qardaşı oğlu Yunis Abdullayev həbs olunub.

Bu barədə vəkil Adəm Məmmədov məlumat verib. O bildirib ki, Y.Abdullayev dələduzluqda ittiham edilir və o, Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən həbs olunub.

Belə ki, A.Məmmədov bildirib ki, hüquqlarını müdafiə etdiyi M.Saitqızının və digər zərərçəkənlərin – Əziz Əliyev və Əyyub Hüseynovun milyonlarla dəyəri olan əmlakları hazırda həbsdə olan Yunis Abdullayev və onun əmisioğlu Yalçın Abdullayev tərəfindən dələduzluq yolu ilə ələ keçirilib: "Yalçın Abdullayev bundan başqa Rauf Kərimov adlı iş adamı ilə yaxın münasibət qurduqdan sonra 2013-cü ildə ondan 300 min ABŞ dolları dəyərində avtomobillər götürüb və pulunu ödəməyib. R.Kərimov Nərimanov rayonunda yerləşən "Kral Mebel” mağazasını da Yalçın Abdullayevə güzəştli şərtlərlə icarəyə verib. R.Kərimov bankdan götürdüyü kreditə görə həbs olunduqdan sonra Y.Abdullayev bundan istifadə edərək onun əmlaklarını özünün və yaxınlarının adına keçirib.

Hazırda Yalçın Abdullayevi himayə edən vəzifəli şəxslər ondan şikayətçi olan zərərçəkmişləri təhdid edir, işdən çıxartdıracaqları ilə hədələyirlər: "Buna görə də daxili işlər naziri Ramil Usubova müraciət edərək işin araşdırılmasını öz nəzarətinə götürməsini xahiş edirəm. Yunis Abdullayev qeyd etdiyim işlərin birbaşa icraçısı olub və bu epizodlarla bağlı həbs olunub”.

Qeyd edək ki, dələduzluqda ittiham olunan Yalçın Abdullayevin dəstəsinə daxil olan qardaşı Zaur Abdullayev, Xəyyam Balayev və Sahib Əliyev Eyyub Hüseynovun 3 mənzilini, polis əməkdaşı olan Əziz Əliyevi bir obyektini pul ödəmədən ələ keçiriblər. Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi açılıb və adıçəkilən şəxslər cinayət məsuliyyətinə cəlb olunub.

///"Qafqazinfo”


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik