İcra hakimiyyətindən ermənilərə qan udduran qəhrəmanın ruhuna hörmətsizlik – (FOTOFAKT)

SOSİAL
15:05 27.06.2016
4095

Qazaxda Milli Qəhrəman Mərifətin Nəsibovun xatirəsinə inşa edilən bulaq baxımsız vəziyyətdədir.

Bu barədə AZXEBER.COM-a Qazax rayon sakinləri məlumat verib. Heydər Əliyev parkında inşa edilənMilli qəxatirəsinə həsr olunmuş bulağa verilən su kəsilib və bulağın ətrafında olan mərmər daşlar sındırılıb.

Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı rayon icra başçısının məlumatı olmasına baxmayaraq, vergilər nazirliyindən yenicə rayona icra başçısı gətirilən Rəcəb Babaşov bu barədə heç bir iş görməyəcəyini sakinlərə bildirib.

Milli Qəhrəmanı Mərifətin Nəsibovun ruhuna edilən hörmətsizliyə göz yummayan qazaxlılar isə müxtəlif səhifələr yaradaraq rayon icra hakimiyyətinin bu özbaşınalığı haqqında məlumatlar paylaşırlar. Artıq bununla bağlı bəzi sakinlər icra hakimiyyətinin qarşısında aksiya keçirəcəklərini də bəyan ediblər. 

OXŞAR XƏBƏRLƏR