İcra Hakimiyyətinin qarşısında gənc oğlanı avtomobil vurub

İcra Hakimiyyətinin qarşısında gənc oğlanı avtomobil vurub
SOSİAL
10:20 18.06.2018
5285
Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ağır bədən xəsarətləri alıb.

AZXEBER.COM report.az-a istinadən bildirir ki, qəza Bakıxanov qəsəbəsində baş verib.

Abbasqulu Ağa Bakıxanov küçəsində Sabunçu Rayon İcra Hakimiyyətinin qarşısından piyada keçidi ilə yolun digər tərəfinə keçmək istəyən 1994-cü il təvəllüdlü Mustafayev Ruslan Oqtay oğlunu "Kia" markalı avtomobil vurub.

Yaralı ağır bədən xəsarətləri alaraq təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR