İctimai Birlikdən təhsillə bağlı çağırış

İctimai Birlikdən təhsillə bağlı çağırış
SOSİAL
13:12 23.02.2018
1095
"Uşaqların müdafiə mexanizmi təhsildən başlamalıdır. Uşaqların hüquqları, müdafiəsi, onlara qarşı zorakılıq əleyhinə yanaşma, əsasən, onların tədrisi ilə məşğul olan müəllimlərdə olmalıdır”

AZXEBER.COM xəbər verir ki, bunu "Gənc Vətəndaş” İctimai Birliyinin icraçı direktoru Günel Səfərova deyib.

O, bildirib ki, ümumiyyətlə, uşaqların təhsil aldığı müəssisələrdə hər kəs uşaqların müdafiəsi, təhlükəsizliyi barədə bilgiyə sahiblənməlidir.

"Məsələn, indi müəllimlər öz ixtisası ilə bağlı mütəxəssis olurlar, amma uşaqlarla davranışı tam öyrənmirlər.

Pedaqogika yeni standartlara cavab verməlidir, məsələn, uşaqlarla davranış, ünsiyyət, uşaq psixologiyası və s. prioritet təşkil etməlidir.

İndiki dövrün uşaqları texnoloji əsrin uşaqlarıdır və onlara fərqli yanaşılmalıdır. Ən əsası indiki müəllimlərin əksəriyyəti uşaq zorakılığı əleyhinə bilgilərini artırmalı, uşaqlara sözlü, fiziki təhqiri üstün tutmamalıdırlar.

Xüsusilə gənc müəllimlər üçün əksər hallarda uşaq hüququ, müdafiəsi əsas olmalıdır.

Müəllim-şagird münasibətlərinin zorakılıq səviyyəsinə gəlib çıxması pedaqoq hazırlığı ilə birbaşa bağlı olan məsələdir.

Bəzən tədris təlimi kölgədə qoyur. Bu da uşaqların şəxsiyyət kimi formalaşmasına mane olur. Uşaqların özünü təqdim etmək, öz bilik bacarıqlarını nümayiş etməklə bağlı çox çətinlikləri olur, yəni çəkinirlər, çünki tərbiyə bu cür verilib. Burada ailə ilə yanaşı, müəllimlərin də günahı var. Azərbaycan məktəbləri şəxsiyyət yetişdirmək baxımından çox zəifdir. Çünki məktəblərdə müəllim çoxdur, pedaqoq azdır. Cəmiyyətin müəllimlərdən gözləntiləri də az deyil. Ona görə müəllimlər ciddi hazırlanmalıdır.

Bəzən müəllimin hər hansı bir şagirdlə yaxşı münasibəti olmur, bunun əsas səbəbi pedaqoqların "uşaqların dili”ni bilməməsidir. Müəllim uşağı anlamırsa, problem oradan başlanır.

"Gənc Vətəndaş” İctimai Birliyi ali pedoqoji təhsil müəssisələrinin rəhbərlərinə müraciət edərək təklif edir ki, yeni tədris proqramına uşaq hüquqları ilə bağlı fənn salınsın. Bu müəllimləri yeni dövrün çağırışlarına hazırlamaq baxımından önəmlidir. Çünki onlar təkcə müəllim yox, həm də pedaqoq kimi hazırlanmalıdırlar”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb