İctimai nəqliyyatda ödənişlə bağlı problem həll olundu.
AZXEBER.COM xəbər verir ki, bu gün ictimai nəqliyyatda kartla olan ödənişlərdə yaranan problem aradan qaldırılıb.
Kapital bankdan verilən açıqlamanı təqdim edirik:
"Birbank-da bir sıra ödənişlərlə yaranan texniki nasazlıq tamamilə aradan qaldırılıb. Hazırda müştərilərimiz xidmətlərimizdən tam kəsintisiz və rahatlıqla istifadə edə bilərlər. Yaranan narahatlığa görə təəssüf edir, müştərilərimizə anlayış göstərdikləri üçün təşəkkür edirik”.