'İctimai Televiziya obyektiv, tərəfsiz, peşəkar bir kanaldır' - Eynulla Fətullayev

MEDIA
01:25 20.04.2013
2101
Xəbər verdiyimiz kimi, Milli Televiziya və Radio Şurası (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədlərin müəyyənləşdirilməsi məqsədi ilə yeni müsabiqə elan edib.Elə həmin gündən başlayaraq İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə yeni namizədlərin sənədləri qəbul edilir. Sənəd qəbulunun başa çatması üçün təyin olunan müddət isə artıq başa çatmaq üzrədir. Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov telekanalın baş direktorunun seçilməsi ilə bağlı élan olunmuş müsabiqədə iştirak etməyəcək.O özü bu haqda açıqlamasında deyib:  "Mənə belə gəlir ki, qanunda Baş direktorun təkrar-təkrar seçilməsi nəzərdə tutulsa da iki dəfə kifayətdir. Əvvəla Yayım Şurasının üzvləri də iki dəfə seçilir. Baş direktor niyə çox seçilməlidir. İctimai Teleradio Azərbaycanda yeni, dünyəvi bir modeldir və bu Avropa televiziya sisteminə inteqrasiya etmiş yeganə Azərbaycan kanalıdır. İndi onun Avropa ölkələrində çoxsaylı partnyorları var. Mən çox böyük zəhmət, əzab-əziyyət hesabına ərsəyə gəlmiş milli, demokratik şəffaq bir institutun reytinqinə, nüfuzuna baş direktor olmaq xatirinə kölgə sala bilmərəm. Ona görə də namizədliyimi verməyəcəm. Kim seçilsə ona kömək etməyə hazıram. Təki İctimai Teleradionun milli strateji xətti qorunsun." AZXEBER.COM informasiya portalı İTV-nin 8 illik fəaliyyətiylə bağlı incəsənət xadimləri, millət vəkilləri, media kapitanları ilə sorğu keçirir.Haqqın.Az saytının rəhbəri, hüquq müdafiəçisi, tanınmış jurnalist Eynulla Fətullayev İTV haqda portalımıza açıqlama verib: "İctimai Televiziya Azərbaycanın bir sıra telekanalları içində obyektiv, tərəfsiz, peşəkar bir kanaldır. Hesab edirəm ki, Azərbaycan cəmiyyətinin bir çox problemlərini əks etdirməyə cəsarəti çatan kanaldır. Bu səbəbdən mən onların fəaliyyətini yüksək qiymətləndirirəm. İlk növbədə İTV-nin sədri cənab İsmayıl Ömərovun da fəaliyyətini vurğulamaq istəyirəm. Bacarıqlı, qabiliyyətli və çox işgüzar insandır. İctimai Televiziyanın uğurlarını əsasən İsmayıl Ömərovla bağlayıram. O, ədalətli və vicdanlı insandır. İTV kimi telekanalın başında məhz bu cür müdrik və həm də vicdanlı insanlar durmalıdır. Əminəm ki, İctimai TV-nin yeni rəhbəri də bu missiyanı uğurla davam etdirəcək".Publika.Az saytının baş redaktoru, tanınmış telejurnalit Elçin Əlibəyli də İTV-nin fəaliyyətini uğurlu hesab edir: "Azərbaycanda İctimai Televiziyanın yaranması istər televiziya məkanında, istərsə də Azərbaycan cəmiyyətində böyük bir hadisə oldu. 8 il ərzində bu telekanal öz üzərinə düşən əsas vəzifələri yerinə yetirə bildi. İstər yaradıcılıq cəhətdən, istərsə də digər aspektlərdən İTV sözünü deyə bildi və yetərincə uğur qazandı. Ən əsası da odur ki, İctimai telekanal çox güclü kollektiv formalaşdırdı. Bu da, təbii ki, İsmayıl Ömərovun böyük zəhməti nəticəsində reallaşdırıldı. Rəhbərlik təcrübəsi, ümümiyyətlə televiziya təcrübəsinin çox olması, ictimai-siyasi nüfuzu böyük rol oynadı, bu televiziyaya çəki verdi. İctimai Televiziya televiziya aləminə yeni sözlər, yeni adlar, ümumiyyətlə böyük yeniliklər bəxş etdi.Xüsusilə, Avroviziya müsabiqəsinin Azərbaycanda olması bizim üçün nə qədər uğur sayılırsa, bu birbaşa İctimai Televiziyanın fəaliyyəti ilə bağlıdır. Həmkarlarımı təbrik edirəm, onlara uğurlar arzulayıram və hesab edirəm ki, onların əməyi mütləq bəhrə verəcək"Ceyhun
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” (RƏY)
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” (RƏY)
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
FHN Aqşin Fatehin restoranını bağladı
15:43 25.06.2026
FHN Aqşin Fatehin restoranını bağladı
Prezident bu ölkədəki səfiri geri çağırdı
15:19 25.06.2026
Prezident bu ölkədəki səfiri geri çağırdı
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
15:16 25.06.2026
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
15:10 25.06.2026
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
Avropada istidən ölənlərin sayı artdı
14:49 25.06.2026
Avropada istidən ölənlərin sayı artdı
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
14:42 25.06.2026
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
Azərbaycanda hərbçilərlə bağlı qərar - Prezident təsdiqlədi
14:40 25.06.2026
Azərbaycanda hərbçilərlə bağlı qərar - Prezident təsdiqlədi
Mütəxəssislər xəbərdarlıq edir: Skoliozun ən kritik dövrü bu yaş arasıdır
14:38 25.06.2026
Mütəxəssislər xəbərdarlıq edir: Skoliozun ən kritik dövrü bu yaş arasıdır
Azərbaycanda Rəqəmsal İstehlak Vərdişləri və Mobil Mikro Maliyyələşmə
14:36 25.06.2026
Azərbaycanda Rəqəmsal İstehlak Vərdişləri və Mobil Mikro Maliyyələşmə
Həşəratların hücumuna məruz qalan aktyor xəstəxanalıq oldu
14:20 25.06.2026
Həşəratların hücumuna məruz qalan aktyor xəstəxanalıq oldu