İctimai TV-də “Vətən Sağ Olsun” layihəsi başlayır

İctimai TV-də “Vətən Sağ Olsun” layihəsi başlayır
MEDİA
13:29 16.10.2020
828

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Daxili işlər Nazirliyinin Daxili Qoşunları və M.Z. Productionun təşkilatçılığı ilə keçirilən "Vətən Sağ Olsun”-3 Xüsusi Tapşırıq hərbi vətənpərvərlik layihəsi İctimai TV-də efirə başlayır.

AZXEBER.COM xəbər verir ki, layihənin müəllifi və rəhbəri "M.Z.Production”un direktoru Üzlüfət Qasımova, quruluşçu rejissoru isə Tahir Xəlfəquliyevdir.

Məqsədi gənclər arasında hərbi vətənpərvərlik, Vətənə sədaqət, Vətəni qorumaq kimi müqəddəs hisslərin daha da gücləndirilməsi ilə yanaşı, gənclərin daha da mətin, mübariz və cəsarətli olması üçün stimul yaratmaq olan bu layihəyə 4000-dən çox gənc müraciət edib. Yarışın əsas şərtlərindən biri hərbi xidmətdə olmayan, 18-23 yaş arası çağırışçı gənc oğlan və qızların iştirakı idi.

​"N” saylı hərbi hissədə keçirilən yarışda minlərlə gəncin arasından 10 tələbə seçilərək iştirak hüququ qazandı.

​Verilən çətin, adrenalin dolu xüsusi tapşırıqların nə olduğunu və iştirakçıların bu tapşırıqları necə əzm və cəsarətlə yerinə yetidiklərini bilmək üçün 17 oktyabr tarixindən etibarən hər həftənin şənbə günü saat 11:15-də İctimai TV-də "Vətən Sağ Olsun”-3 Xüsusi Tapşırığı izləməyi unutmayın. ​

​Xatırladaq ki, "Vətən Sağ Olsun” layihəsinin ilk buraxılışı 2008-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən bütün Hərbi Qoşun növləri ilə, 2013-cü ildə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "N” saylı Hərbi Hissəsində "Vətən Sağ Olsun 2 – Çağırarsa Vətən” adı altında həyata keçirilib.

​Bu meydan Azərbaycan gəncinin hünər, cəsarət və zəfər meydanıdır!

Amalımız Vətən, məqsədimiz qələbədir!

Sabahdan etibarən hər kəs "Vətən Sağ Olsun” deyəcək!

OXŞAR XƏBƏRLƏR