"İctimai TV”nin efirində möhtəşəm layihəyə start verilib.
"XX Yüzillik” adlanan layihədə 1901-ci ildən indiki dövrədək Azərbaycanın tarixində iz qoymuş görkəmli şəxsiyyətlərdən bəhs olunur. Layihə həmin dövrün mətbuatında və arxivdə yazılanlar əsasında sözügedən şəxsiyyətləri işıqlandırır.
"XX Yüzillik”in ilk buraxılışı yayımlanıb. Verilişdə 1901-ci ildə yaşamış görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətindən bəhs olunub.
Qeyd edək ki, Oxu.Az-ın əməkdaşı Səbuhi Musayev də bu layihənin iştirakçısıdır. O, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadə rolunu canlandıracaq.