Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmış IDEA ətraf mühitin mühafizəsi üzrə kampaniya növbəti ölkəmiqyası ekoloji maarifləndirmə layihəsinə start verir.
24 sentyabr tarixində, saat 12:00-da IDEA Beynəlxalq Kampaniyası tərəfindən həyata keçirilən “Yaşıl Azərbaycan naminə” layihəsinin iştirakçıları Qız Qalasının yaxınlığında bir araya gələrək rəmzi olaraq xüsusi hazırlanmış “yaşıl avtobus”ların Azərbaycanın rayon və şəhərlərinə yolasalma mərasimi keçiriləcək. Layihə ərzində Azərbaycanın müxtəlif bölgələrinin və şəhərlərinin orta məktəb şagirdləri üçün maarifləndirici seminarlarda çalışacaq “yaşıl təlimçilər” məhz “yaşıl avtobus”lar vasitəsilə regionlara çatdırılacaqlar. Layihənin əsas məqsədi - şagirdləri ekoloji məsələlər haqda maarifləndirmək, onların bu sahə üzrə nəzəri biliklərini gücləndirmək, gələcək fəaliyyətlərində onların təbiətə dost olaraq yanaşmalarını təmin etmək və həmçinin IDEA kampaniyasının regionlarda dayanaqlı olaraq ətraf mühit sahəsində “yaşıl könüllülər” komandasını inkişaf etdirməkdir. Layihə çərçivəsində təlimçi kimi orta məktəb şagirdləri ilə çalışacaq könüllülər iştirak edəcək. Ekoloji seminarlar sentyabr - oktyabr aylarında ardıcıl olaraq 20 şəhərdə baş tutacaq. Sentyabrın 24-də Bakıdan çıxan avtobus aşağıdakı rayonlara və məktəblərə yola düşəcək.
Tarix | Rayon və şəhərlər | Məktəb |
24.09.2012 | Şamaxı | 1nömrəli orta məktəb və Avropa litseyi |
25.09.2012 | İsmayıllı | 2 və 5 nömrəli rayon məktəbləri |
26.09.2012 | Qəbələ | 1 və 4 nömrəli şəhər məktəbləri |
27.09.2012 | Oğuz | 2 və 3 nömrəli rayon məktəbləri |
28.09.2012 | Şəki | 20 və 10 nömrəli şəhər məktəbləri |
01.10.2012 | Mingəçevir | 11 və 18 nömrəli şəhər məktəbləri |
02.10.2012 | Yevlax | 1 və 5 nömrəli şəhər məktəbləri |
03. 10.2012 | Gəncə | 43 və 32 nömrəli şəhər məktəbləri |
04.10.2012 | Şəmkir | Cahangir Rüstəmov adına və Əhməd Cavad adına rayon məktəbləri |
05.10.2012 | Bərdə | Zərifə Əliyeva adına və 8 nömrəli rayon məktəbləri |
08.10.2012 | Tərtər | 17 və 12 nömrəli rayon məktəbləri |
09.10.2012 | Ağcabədi | 2 və 8 nömrəli rayon məktəbləri |
10. 10.2012 | İmişli | 2 və 8 nömrəli rayon məktəbləri |
11.10.2012 | Saatlı | Əzizbəyov adına və Səməd Vurğun adına məktəblər |
12.10.2012 | Sabirabad | 4 və 2 nömrəli rayon məktəbləri |
15 10.2012 | Biləsuvar | 4 nömrəli və 1 nömrəli Nizami adına rayon məktəbləri |
16. 10.2012 | Masallı | 3 və 4 nömrəli rayon məktəbləri |
17. 10.2012 | Lənkəran | 1 və 4 nömrəli şəhər məktəbləri |
18.10.2012 | Salyan | 1və 7 nömrəli rayon məktəbləri |
19.10.2012 | Şirvan | 9 və 10 nömrəli şəhər məktəbləri |