IDEA rayonlara gedir - SİYAHI

GƏNCLİK
11:33 24.09.2012
1539

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmış IDEA ətraf mühitin mühafizəsi üzrə kampaniya növbəti ölkəmiqyası ekoloji maarifləndirmə layihəsinə start verir.

24 sentyabr tarixində, saat 12:00-da IDEA Beynəlxalq Kampaniyası tərəfindən həyata keçirilən “Yaşıl Azərbaycan naminə”  layihəsinin iştirakçıları Qız Qalasının yaxınlığında bir araya gələrək rəmzi olaraq xüsusi hazırlanmış “yaşıl avtobus”ların Azərbaycanın rayon və şəhərlərinə yolasalma mərasimi keçiriləcək. Layihə ərzində Azərbaycanın müxtəlif bölgələrinin və şəhərlərinin orta məktəb şagirdləri üçün maarifləndirici seminarlarda çalışacaq “yaşıl təlimçilər” məhz “yaşıl avtobus”lar vasitəsilə regionlara çatdırılacaqlar. Layihənin əsas məqsədi - şagirdləri ekoloji məsələlər haqda maarifləndirmək, onların bu sahə üzrə nəzəri biliklərini gücləndirmək, gələcək fəaliyyətlərində onların təbiətə dost olaraq yanaşmalarını təmin etmək və həmçinin IDEA kampaniyasının regionlarda dayanaqlı olaraq ətraf mühit sahəsində “yaşıl könüllülər” komandasını inkişaf etdirməkdir. Layihə çərçivəsində təlimçi kimi orta məktəb şagirdləri ilə çalışacaq könüllülər iştirak edəcək. Ekoloji seminarlar sentyabr - oktyabr aylarında ardıcıl olaraq 20 şəhərdə baş tutacaq.  Sentyabrın 24-də Bakıdan çıxan avtobus aşağıdakı rayonlara və məktəblərə yola düşəcək.

Tarix

Rayon və şəhərlər

Məktəb

24.09.2012

Şamaxı

1nömrəli orta məktəb və Avropa litseyi

25.09.2012

İsmayıllı

2 və 5 nömrəli rayon  məktəbləri

26.09.2012

Qəbələ

1 və 4 nömrəli şəhər məktəbləri

27.09.2012

Oğuz

2 və 3 nömrəli  rayon məktəbləri

28.09.2012

Şəki

20 və 10 nömrəli şəhər məktəbləri

01.10.2012

Mingəçevir

11 və 18 nömrəli şəhər məktəbləri

02.10.2012

Yevlax

1 və 5 nömrəli şəhər məktəbləri

03. 10.2012

Gəncə

43 və 32 nömrəli şəhər məktəbləri

04.10.2012

Şəmkir

Cahangir Rüstəmov adına və Əhməd Cavad adına rayon məktəbləri

05.10.2012

Bərdə

Zərifə Əliyeva adına və 8 nömrəli rayon məktəbləri

08.10.2012

Tərtər

17 və 12 nömrəli rayon məktəbləri

09.10.2012

Ağcabədi

2 və 8 nömrəli rayon məktəbləri

10. 10.2012

İmişli

2 və 8 nömrəli rayon məktəbləri

11.10.2012

Saatlı

Əzizbəyov adına və Səməd Vurğun  adına məktəblər

12.10.2012

Sabirabad

4 və 2 nömrəli rayon məktəbləri

15 10.2012

Biləsuvar

4 nömrəli və 1 nömrəli Nizami adına rayon məktəbləri

16. 10.2012

Masallı

3 və 4 nömrəli rayon məktəbləri

17. 10.2012

Lənkəran

1 və 4 nömrəli şəhər məktəbləri

18.10.2012

Salyan

1və 7 nömrəli rayon məktəbləri

19.10.2012

Şirvan

9 və 10 nömrəli şəhər məktəbləri

OXŞAR XƏBƏRLƏR