İDEAL-da şok saxtakarlıq: Vətəndaşa 469 manatlıq saxta ətir satdı

SOSİAL
12:44 20.02.2017
29866
"İdeal" adı kimi ideal olmayan ətirlər satır.
AZXEBER.COM xəbər verir ki, bunu Qafqazinfo-ya müraciətində Kəmalə Salayeva adlı müştəri yazıb. O müraciətində iddia edib ki, "İdeal" Parfümeriya və Kosmetika Mağazaları Şəbəkəsinin satdığı ətirlər orijinal deyil. Xanım müştəri "İdeal"dan aldığı 469 manat dəyərində ətrin iyinin qalıcı olmadığını söyləyib:

"Fevralın 13-də "İdeal"ın "Gənclik Mall"dakı filialından 10 faiz endirimlə 469 manata "Roja" parfümü aldım. Evdə açıb vuranda ətrin iyinin qalıcı olmadığını hiss etdim. Elə bil su vurdum. Bu ətirdən mütəmadi istifadə etdiyimçün budəfəkinin orijinal olmadığını düşündüm. Onu mağazaya aparıb başqa ətir ilə dəyişdirilməsini və ya pulumu geri qaytarmalarını xahiş etdim. Mənə heç nə edə bilməyəcəklərini dedilər. Ətri mağazada qoydum və onlardan cavab gözləyəcəyimi bildirdim. Dəfələrlə mağaza ilə, menecer ilə əlaqə saxlasam da nəticə olmadı. Hər dəfə müxtəlif bəhanələr gətirirlər, incidirlər".

Məsələ ilə bağlı "İdeal" Parfümeriya və Kosmetika Mağazaları Şəbəkəsindən qafqazinfo-ya bildirilib ki, qeyd edilən şikayət araşdırılıb: "Məhsul istifadə edilib, qalıcılığı ilə problem yoxdur. Məhsulun orijinallığı barədə ofis və ya mağazamıza yaxınlaşıb, sertifikatlarla tanış ola bilərsiniz. İstifadə edilmiş məhsullar geri qaytarılmır və əvəzlənmir".

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir