Qafqazinfo-nun məlumatına görə, Azərbaycanın tanınmış kosmetika şirkəti olan “İdeal” R. İsmayılovanı məhkəməyə verib. Nizami rayon Məhkəməsindən verilən məlumata görə, buna səbəb Rəqsanənin şirkətə olan kredit borcunu qaytarmamasıdır.
Belə ki, Rəqsanə bir müddət əvvəl “İdeal”dan kredit yolu ilə qiymətli kosmetika məhsulları götürüb. Borcunu kredit yolu ilə ödəsə də, sonradan borcunu qaytarmaqdan imtina edib və onun şirkətə 500 manat borcu qalıb. Dəfələrlə Rəqsanəyə bu barədə xəbərdarlıq edilsə də, o, borcunu qaytarmayıb. Ona görə də, “İdeal” Nizami rayon Məhkəməsinə şikayət edib.