IDF: “Hizbullah”ın komanda mərkəzləri məhv edilib

IDF: “Hizbullah”ın komanda mərkəzləri məhv edilib
DÜNYA
13:40 24.03.2026
233
İsrail Hərbi Hava Qüvvələri Beyrutda "Hizbullah”ın komanda mərkəzi kimi istifadə etdiyi çoxmərtəbəli binanı və digər obyektləri vurub.

AZXEBER.COM xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Məlumata görə, Livanın paytaxtında həyata keçirilən zərbələrin hədəfi "Hizbullah”ın elit "Radvan” qüvvələrinin, digəri isə təşkilatın kəşfiyyat bölməsinin qərargahı olub.

Həmçinin, cənubi Livanın at-Tiri şəhərində endirliən hava zərbəsi Hizbullahın "Al-Nour” radio stansiyasının binasında yerləşən komanda mərkəzini məhv edib.
 
APA 
OXŞAR XƏBƏRLƏR