İdlibdə silahlı hücumda bir suriyalı əsgər yaralanıb

İdlibdə silahlı hücumda bir suriyalı əsgər yaralanıb
DÜNYA
04:31 29.10.2021
350
Suriyanın İdlib vilayətində silahlıların minaatanlardan atəşə tutması nəticəsində bir suriyalı əsgər yaralanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Suriyadakı Döyüşən Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzi rəhbərinin müavini, kontr-admiral Vadim Kulit bildirib.

"İdlib əyalətində terrorçuların Əz-Ziar bölgəsindən hökumət qüvvələrinin Sanjeka qəsəbəsi ərazisindəki mövqelərini minaatanlardan atəşə tutması nəticəsində Suriya əsgəri yaralanıb”, - Kulit bildirib.

Onun sözlərinə görə, son sutka ərzində İdlib deeskalasiya zonasında silahlıların mövqelərindən 9 hücum qeydə alınıb.

Kulit vurğulayıb ki, mərkəz qeyri-qanuni silahlı birləşmələrin komandirlərini silahlı təxribatlardan əl çəkməyə və nəzarət etdikləri ərazilərdə vəziyyətin sülh yolu ilə nizamlanması yolunu tutmağa çağırır.
OXŞAR XƏBƏRLƏR