“İdman Azərbaycan” AFFA-ya qarşı bəyanatla çıxış etdi

“İdman Azərbaycan” AFFA-ya qarşı bəyanatla çıxış etdi
İDMAN
10:55 29.09.2015
1327
“Bu qərar absurd görünür”.
AFFA və Peşəkar Futbol Liqası Topaz Premyer-liqasının matçlarından fraqmentlərin göstərilməsini faktiki olaraq qadağan edən bəyanatla çıxış edib. bu qərarı isə eksklüziv hüququn CBC Sport telekanalına məxsus olması ilə əsaslandırıblar.
AZXEBER.COM  xəbər verir ki, bizim futbol matçlarından “görüntünün” əldə edilməsi üçün telekanala və saytlara hüquqa sahib olan telekanala müraciət etmək təklif edilib. “İdman Azərbaycan” telekanalının Premyer liqanın 6-cı mərhələsinin matçlarının videofraqmentlərini əldə edə bilməməsi ilə əlaqədar bazar ertəsi turun icmasına həsr edilmiş həftəlik “Premyer-liqa” proqramı efirə çıxmayıb.
Bundan sonra “İdman Azərbaycan” telekanalı Facebook səhifəsində dərc edilən bəyanatla çıxış edib:
“AFFA-nın baş katibi teleməkanı futbolsuz qoymaq istəyir
Hər həftənin bazar ertəsi olduğu kimi bu gün də İdman Azərbaycan telekanalında Azərbaycan çempionatına həsr olunmuş “Premyer Liqa” verilişi yayımlanmalıydı. Ancaq veriliş bu gün efirə getməyəcək. Səbəb isə çempionatın oyunlarının görüntülərini telekanala təmənnasız verən Peşəkar Futbol Liqasının bundan imtina etməsidir. Əslində burada PFL-in də günahı yoxdur.
Çünki onlara da necə deyərlər AFFA-nın “yuxarı dairələrindən” belə bir tapşırıq verilib ki, çempionatın oyunlarının görüntüləri heç bir kanala verilməsin. Səbəb kimi AFFA özünün yaratdığı CBC Sport telekanalının yayım hüququna sahib olmasını göstərir. Yəni görüntülər ancaq bu telekanaldan xüsusi razılıqla alınmalıdır.
Əlbəttə hüquqi cəhətdən telekanalın buna tam haqqı çatır. Ancaq digər tərəfdən Azərbaycanda futbolun hələ o dərəcədə inkişaf etmədiyini, bu idman növünün təbliği üçün ölkə mediasının xüsusilə də televiziya kanallarının rolunu nəzərə alsaq bu qərar absurd görünür. Çünki hazırkı vəziyyətdə futbolun inkişafını istəyiriksə, çempionatın təbliğinin normal getməsini təmin etmək üçün AFFA oyunların görüntülərinin də bütün teleməkanda yayımlanmasını təmin etməlidir. Əslində bu onların borcudur.
Ancaq futbolun inkişafı ilə bağlı dövlət proqramının müddəalarını belə qulaqardına vuran AFFA xüsusilə də baş katib Elxan Məmmədov ös istəyi ilə yaratdığı kanalı populyarlaşdırmaq və ən əsası Azərbaycan futbolu ilə bağlı hər şeyi öz monopoliyasında saxlamaq üçün belə bir göstəriş verib. Guya indi hansısa Azərbaycan kanalı müəyyən vəsait ödəyib görüntüləri alacaq? Bu isə ən imkanlı kanalımız üçün belə məqbul sayıla bilməz.
Çünki heç bir reytinqi olmayan çempionaata görə vəsait xərcləməkdənsə, hansısa reytinqli başqa bir yarışı göstərmək daha məqsədəuyğundur. Azərbaycanda əvvəllər belə təcrübədən istifadə etmək istəyən telekanallar olub. Ancaq ideyanın iflasa uğradığını görüncə bundan əl çəkiblər və çempionatın oyunları bütün telekanallar üçün açıq olub.
Bəlkə də AFFA-nın baş katibi bu yeni qaydası ilə futbolumuza hansısa töhfə verəcəyini düşünür? Əsla. Bəs AFFA-nın futbolun təbliği ilə bağlı öhdəlikləri, prezidentin təsdiq etdiyi dövlət proqramının müddəalarını yerinə yetirmək? Bunlar necə olsun? Bütün bunlar üçün azarkeş kütləsi olmayan Azərbaycan çempionatının oyunlarının görüntülərini yayımlamağı qadağan etmək yox, əksinə bu görüntülərin bütün televiziya kanallarında getməsini təmin etmək, futbolun təbliğini gücləndirmək, Azərbaycan çempionatının populyarlaşmasını təmin etmək üçün futbolla bağlı verilişlərin kanallarda artmasını daha da artırmaq lazındır.
Nə yazıq ki, AFFA bunu etmək əvəzinə başqa yolu seçir. Ancaq dövlətin idman siyasətini daim təbliğ edən, Azərbaycan futbolunun indiyə qədər əsas təbliğatçısı olan İdman Azərbaycan kanalı çempionatın eksklüziv yayım hüququna sahib olduğu vaxtlarda heç vaxt çempionat görüntülərinin digər televiziyalarda yarımlanmasına qadağa qoymayıb. Hətta indi bu qadağanı qoyan əsas şəxs kimi baş katib özü hansısa kanalllara görüntülərin verilməsini İdman Azəbaycanın rəhbərliyindən xahiş etmişdi.
Çempionatı yayımlamaqla telekanalımızın əsas məqsədi də məhz ölkə futbolunun təbliği olub. Azərbaycan çempionatı ilə bağlı ilk və ən populyar verilişlərdən biri olan “Premyer Liqa” verilişi yayım hüqununa yiyələnməsək belə fəaliyyətini dayandırmadı və Premyer Liqamızın gedişatını, turla bağlı məqamları tamaşaçılara çatdırmağı özünə borc bildi.
Ancaq görünür, çempionatımızla bağlı digər kanallarda verilişlərin efirə getməsi AFFA rəhbərliyinə sərf etmir. Çünki həmin verilişlərdə səslənən haqlı iradlar federasiyanın yalançı təbliğatını kölgədə qoyur. Ona görə azarkeşlər və tamaşaçılar bizi bağışlasın “Premyer Liqa” verilişinin bu gün efirə getməməsinin əsas səbəbkarı AFFA və görüntülərin verilməməsi ilə bağlı gülünc qərarı verən federasiyanın baş katibi Elxan Məmmədovdur. Təəssüf ki, bəzən elə vəziyyət yaranır ki, şəxsi maraqlar tamaşaçı marağından üstün tutulur. Zərbə isə təbii ki, tamaşaçıya dəyir.”
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
Prezident azad edilmiş ərazilərdə qısa müddətdə görülən işləri möcüzə kimi dəyərləndirib
20:56 19.07.2025
Prezident azad edilmiş ərazilərdə qısa müddətdə görülən işləri möcüzə kimi dəyərləndirib
İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik - İlham Əliyev
20:42 19.07.2025
İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik - İlham Əliyev