'İdman Azərbaycan' Fanat.az-ı savadsız və qeyri-peşəkar adlandırdı - VİDEO

İDMAN
23:59 15.09.2012
3451
Bir neçə gün əvvəl Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Neftçi”nin “Partizan”la qarşılaşmasının İdman-Azərbaycan kanalında yayımlanmayacağı ilə bağlı məlumatlar yayılmışdı. Bununla bağlı bir sıra səbəblər də sadalanmışdı.

Bu gün keçirilən Neftçi-Xəzər Lənkəran oyunanda isə telekanalın futbol şərhçisi yayılan bu məlumatlara özünəməxsus münasibət bildirib. O bildirib ki, bu xəbəri yayanlar qeyri-peşəkar və savadsız insanlardır.

AZXEBER.COM portalı fanat.az saytında yayımlan xəbəri və telekanalın cavabını təqdim edir: Fanat.az yayımlanan xəbər:

“İdman Azərbaycan” kanalı növbəti dəfə azarkeşləri ələ salmağa hazırlaşır. Fanat.az-ın əldə etdiyi məlumata görə, kanal “Neftçi”nin Avropa Liqasındakı ilk oyununu canlı yayımlamaq niyyətində deyil.

Belə ki, “Neftçi” Avroliqanın qrup mərhələsinin ilk turunda Serbiyanın “Partizan” klubunun qonağı olacaq. Turnirin yayım hüququna sahib olan dövlət televiziyası sentyabrın 20-də keçiriləcək qarşılaşmanı bir gün sonra videoyazı şəkilində yayımlamaq niyyətindədi.

Telekanalın hansı səbəbdən bu addımı atdığı məlum deyil. Halbuki, yayım üçün heç bir problem yoxdu. Çünki UEFA ilə Az.TV arasında bağlanan müqaviləyə əsasən, həmin gün bütün oyunların texniki parametrləri televiziya göndəriləcək. Onlar isə istədiyi oyunu seçib efirə verə bilər. Bu halda Serbiyadakı oyunun heç bir problemsiz efirə verilməsi mümkündü və bu dövlət telekanalının hüququdu. Amma onlar növbəti dəfə fərqli addım ataraq azarkeşləri ələ salmaq fikrinə düşüblər.İdman Azərbaycanın cavabı:

OXŞAR XƏBƏRLƏR