''İdman Azərbaycan''dan telekanallara xəbərdarlıq

İDMAN
21:58 02.10.2012
1992
Bu gün "İdman Azərbaycan" telekanalı bəyanat yayıb.
AZXEBER.COM-un 525.az saytına istinadən yaydığı xəbərə görə, bəyanatda qeyd edilib ki Azərbaycan Premyer Liqasının oyunlarının yayımlanması haqqında Azərbaycan Televiziyası ilə müqavilə imzalanıb: "Bu müqaviləyə əsasən milli çempionatın oyunlarından reportajların və videomaterialların efirə verilməsi AZTV və “İdman Azərbaycan” telekanallarının eksklüziv hüququdur".Qeyd edilib ki, bəzi informasiya vasitələrində AzTV-dən köçürülmüş və sürəti çıxarılmış videotəsvirlərdən istifadə halları qeydə alınır: "Bütün bunlar qanunvericiliyə zidd xarakter daşıyır. AZTV və "İdman Azərbaycan" kanallarıın videomateriallarından hər hansı bir şəkildə, hətta loqotip nişanı ilə istifadəsi və efirə verilməsi yolverilməzdir və bu Azərbaycan Televiziyasının müəllif hüquqlarının pozulması deməkdir. AZTV gələcəkdə belə halların təkrarlanacağı təqdirdə müvafiq tədbirlər görmək hüququndan istifadə edəcək".Bildirilib ki, Premyer Liqayaaid bütün videomateriallardan istifadə etmək məsələsi yalnız AZTV-yə müraciət etməklə razılaşdırıla bilər.

OXŞAR XƏBƏRLƏR