İdman dünyasının iki məşhur üzvü nişanlandı - FOTO

İdman dünyasının iki məşhur üzvü nişanlandı -  FOTO
İDMAN
14:14 02.01.2014
2257

İdman dünyasının iki məşhur üzvü nişanlanıb. 

Danimarkalı qadın tennisçi Karolin Vozniatski və şimalı irlandiyalı qolfçu Rori Makilroy münasibətlərini rəsmiləşdiriblər.

Cütlük bu barədə "Twitter"də məlumat yayıb.

2014-cü ili Avstraliyanın Sidney şəhərində qarşılayan Vozniatski və Rori yazdıqları bayram təbrikində nişanlandıqlarını elan ediblər.

Makilroy təbrikində bu sözləri yazıb:

"Hamıya xoşbəxt illər arzu edirəm. 2014-ün gözəl il olacağını hiss edirəm. İlin ilk gözəl xəbəri: o mənə "hə" dedi". Karolinanın mesajı isə belə olub: "Rori və mən ilə gözəl başladıq. Ona "hə" dedim".(publika.az)

OXŞAR XƏBƏRLƏR