İdman etmədən sağlam şəkildə arıqlamağın 10 yolu - SİYAHI

İdman etmədən sağlam şəkildə arıqlamağın 10 yolu - SİYAHI
SAĞLAMLIQ
00:05 14.06.2022
1242
Qidalanma mütəxəssislərinin hazırladığı bu 10 üsulun tətbiqi pəhriz və ya məşq etmədən arıqlamağınıza kömək edəcək.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Acıbadem Kozyatağı Xəstəxanasının Qidalanma və Pəhriz Mütəxəssisi Nur Ecem Baydı Özman immun sistemini güclü tutmağın və daimi olaraq arıqlamağın 10 təsirli qaydasını izah edərək, vacib təklif və xəbərdarlıqlar edib.

Həkimin sözlərinə görə bu 10 təsirli maddə sağlam arıqlamağınıza kömək edəcək:

1.Günə proteinlə başlayın.
-Pəhrizinizi tənzimləmək üçün günə ilk olaraq sağlam səhər yeməyi ilə başlamalısınız. Səhər yeməyində nə yeyəcəksiniz; Pendir, yumurta, qatıq və süd kimi zülalla zəngin qidalar uzun müddət toxluq hissini təmin edəcək və davamlı qəlyanaltı vərdişinizin qarşısını almağa kömək edəcək. Protein qəbulu da immunitet sisteminizi güclü saxlamağa kömək edəcək.

2.Bir parça acı şokalad yeyin.
-Öncə tort, peçenye kimi yüksək kalorili qidalardan imtina etmək çətin olacaq. Lakin daha sonra şəkər asılılığından qurtuluğunuzu və aşağı kalorili ərzaqlarla qidalanmağa alışdığınızı görəndə bu vəziyyət sizi məmnun edəcək.

3.Tropik yağlardan istifadə edin.
-Avokado və kokos kimi faydalı yağlarla zəngin qidalar sizi tox saxlayır və ürək-damar sağlamlığınıza fayda verir. Həftədə 1-2 gün səhər yeməyində yarım avokado yemək və ya qəlyanaltı olaraq qəhvənizə 1 çay qaşığı hindistan cevizi yağı əlavə etmək həm toxluq hissini təmin edərək, həm də qidalanma proqramınızı rəngləndirərək arıqlamağa kömək edəcək. Ancaq ürək-damar sağlamlığınızı qorumaq üçün doymuş yağlarla zəngin olan bu qidaları şişirtmədən istifadə etməyə diqqət edin.

4.Daha çox hərəkət edin.
-Vaxtınızın çoxunu idman salonlarında keçirmək əvəzinə, hərəkətli həyat tərzi keçirərək qısa müddətdə arıqlaya bilərsiniz. Məsələn, işiniz yaxındadırsa, piyada getmək, lift əvəzinə pilləkənlərlə çıxmaq, avtomobili ofisə bir az uzaq yerə park edib, ofisinizə piyada getmək bir neçə sadə nümunədir.

5.Şirin istəklərinizlə mübarizə aparın.
-Şirniyyat yemək qanda şəkərin dəyişməsi və xoşagəlməz xüsusiyyətinə görə nəinki qapalı dövrə yaradır, həm də vərdişə çevrilir. Təkrarlanan davranışlar vərdişlər əmələ gətirir. Odur ki, şirniyyatdan zövq almaq üçün istifadə edirsinizsə, bir neçə gün uzaq durmağa çalışın. Şirin istəklərinizin get-gedə yox olduğunu müşahidə edəcəksiniz.
 
6.Uzun müddət ac qalmayın.
-Az yemək sizin üçün yaxşıdır, lakin bütün gün ac qaldıqdan sonra axşam makarona hücum edib pəhrizinizi pozmayın. Sağlam qidalar seçin, bu, qan şəkərinizi tənzimləyərək şəkərli qidalardan uzaq dayanmağınızı təmin edər.

7.Axşam yüngül qidalanın.
-Gündəlik kalori ehtiyacınızın təxminən 25%-ni axşam yeməyində yeyəcəyiniz qidalar üçün ayırın. Yatmazdan dərhal əvvəl deyil, ən azı 2-3 saat əvvəl yeyin. Çox gec yemək həzm sisteminə və təkrarlanan yuxu nizamına zərər verə bilər.

8.Doyunca yatın
-Kifayət qədər yatmamaq daha çox yeməyinizə, iş yerində enerjinizin aşağı olmasına səbəb olur. Buna görə də ən az 7 saat yatın. Bu, arıqlamağın sadə və təsirli üsuludur.

9.İdman etməyi unutmayın.
-Məşq bədəndə serotonin ifraz etdiyi üçün neqativ emosiyaların idarə olunmasına və buna görə də emosional yeməyin qarşısının alınmasına kömək edir. 

10.Yeməyə 1 stəkan su içməklə başlayın.
-Su içmək mədənizi suyla doldurub sizə toxluq hiss etdirəcək, çox yemək yeməyinizin qarşısını alacaqdır.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
18:21 09.06.2026
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
18:10 09.06.2026
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
17:56 09.06.2026
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
17:47 09.06.2026
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
17:35 09.06.2026
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
17:25 09.06.2026
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
17:10 09.06.2026
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda