Ekvadorlu məşhur idman aparıcısı Keti Valensiya "Barcelona" - "Deportivo Quito" matçında geyindiyi dekolteli libası ilə diqqət çəkib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, paytaxt Kitoda ikinci dəfə təşkil edilən yoldaşlıq matçı zamanı idman aparıcısı Ketinin dekolteli geyimi diqqətdən yayınmayıb.
Sosial media istifadəçiləri diktorun dəbli görünüşünə böyük maraq göstərərkən, tədbirin xüsusi qonağı 2000-ci il Avropa çempionatının finalında vurduğu qolla Fransaya çempionluğu gətirən əfsanəvi futbolçu David Trezege olub.
Ev sahibi komanda "Deportivo Kito" ilk hissədə vurduğu 3 qolla önə keçib.
"Barselona" ikinci hissədə göstərdiyi performansla fərqi 1-ə endirə bilib.
Gülay