Azərbaycanın Cüdo üzrə milli yığma komandası 22-23 noyabr tarixlərində BƏƏ-nin Abu Dabi şəhərində keçiriləcək Qran-Pridə iştirak edəcək.
Cüdo Federasiyasından AZXEBER.COM-a verilən məlumata görə, bu yarışda 40 ölkədən 265 cüdoçu güclərini sınayacaq.
Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyasının prezidenti cənab Fizuli Ələkbərov cüdonun gələcək perspektivlərini və inkişaf istiqamətlərini müzakirə etmək üçün Abu Dabidə Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerlə görüşəcək.
Hazırda yığma komandamız təlim-məşq bazasında hazırlıqlarını davam etdirir. Komanda Abu Dabi Qran-Prisində aşağıdakı tərkibdə təmsil olunacaq:
KifayətQasımova 57kq
Aişə Qurbanlı 48kq
Orxan Səfərov 60kq
IlqarMüşkiyev 60kq
NicatŞıxəlizadə 66 kq
TərlanKərimov 66kq
RüstəmOrucov 73kq
VüqarBayramov 73kq
TuralSəfquliyev 81kq
MəmmədəliMehdiyev 81kq
ŞahinQəhrəmanov 90kq
RaminQurbanov 90kq
ElxanMəmmədov 100 kq
UşangiKokauri +100 kq
VaxtanqBitiyev +100 kq